Uşaq zorakılığı ilə bağlı video-çarxa aydınlıq gətirildi

Uşaq zorakılığı ilə bağlı video-çarxa aydınlıq gətirildi
 

Paralel.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə uşaq evində zorakılıq hadisəsi ilə bağlı yayılmış videoya aydınlıq gətirilib.

Videoda Bakı şəhəri 2 saylı uşaq evində azyaşlı oğlan uşağının tərbiyəçi xanım tərəfindən döyüldüyü əks olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitesi yayılan görüntülərlə bağlı aydınlıq gətirib.
Bildirilib ki, bu hadisə ötən il baş verib və dərhal müəssisəyə əməkdaşlar göndərilib. Fakt araşdırılıb və tərbiyəçi Elnurə Məmmədova işdən azad olunub.

“Məlumat ötən gün yayılan kimi müəssisə ilə əlagə saxladıq və heç bir narahatlıq yaradacaq məqamın olmadığı bildirilib", - deyə, Dövlət Komitəsinin katibi Teymur Mərdənoğlu bildirib.
Akif Nəsirli

0.11190700531006