Milli-siyasi dəyərlərimiz silsiləsindən

Milli-siyasi dəyərlərimiz silsiləsindən
 

Rafiq İsmayılovun anım günüdür

Bu gün Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvlərindən biri  Rafiq bəy İsmayılın anım günüdür.  Rafiq İsmayılov 1939-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub.
O, 1960-cı illərdən başlayaraq Müsavat ideyalarının Azərbaycanda yayılmasının ən fəal daşıyıcılarından biri olub. Oktay Eldəgəz,  Elçibəy və digər silahdaşlarla Gizli təşkilatlarda fəaliyyət göstərib. Elçibəylə yaxın dost olan Rafiq bəyi həyat AXC-Müsavat dövründə Azərbaycan Respublikası Prezidentinin   humanitar məsələlər üzrə dövlət müşaviri kimi vəzifəsinə də  gətirir.
Onun 78 illik həyat yolunda nəzər saldıqda isə  elə Elçibəy kimi Misirdə yox.  1964-1967-cı illərdə SSRİ İqtisadi əlaqələr komitəsinin xətti ilə Sudanda və Yəməndə ərəb dili tərcuməçisi kimi çalışmasını görürük . 1968-ci ildən BDU Şərqşünaslıq fakültəsində ərəb dili müəllimi, 1971-ci ildən Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim, baş müəllim, dosent olub. 1978-1986-ci illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində  çalışıb .
Asiya və Afrika ölkələri orta əsrlər tarixi (feodalizm münasibətlərinin meydana gəlməsi və inkişafı (həmmüəllif),Bakı,1996
Asiya və Afrika ölkələrinin çağdaş tarixi (Uzaq şərq, Cənubi-Şərqi A siya),(həmmüəllif).Bakı,2003
Asiya və Afrika ölkələrinin çağdaş tarixi (İran,Türkiyə,İsrail,Ərəb ölkələri),(həmmüəllif).Bakı,2008
Ərəb ölkələrinin müasir tarixi I-ci cild həm müəllif. BDU, 2013
Fustad və Bağdad. BDU. 2015.
Деревня и город в Египте ( Аббасидский период). Баку, 2015.-kitablarının müəllifidir Bundan başqa o .onlarla tarixi monoqrafiyaların.tədqiqiatların müəllifidir.
Uzun müddət BDU-da müəllim edən Rafiq bəy 2017-ci ildə oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günündə dünyasını dəyişib.
Qeyd edək ki, Rafiq bəy İsmayıl Elçibəyin Türkiyə təmsilçisi olmuş Xanım İsmayılovanın həyat yoldaşı, hazırda Türkiyədə yaşayan tanınmış Pr. Dr. Toğrul İsmayılın atasıdır.
...Əqidəsinə sadiq mübariz müsavatçı, haqq yolundan dönməyən, yüksək savadı və intellekti ilə seçilən Rafiq bəy İsmayıl bütün şüurlu həyatı boyu istiqlalın və azadlığın, haqqın və ədalətin yanında durmağı bacardı. Rafiq bəyin xatirəsi onun əqidə dostlarının, tələbələrinin və müsavatçıların qəlbində daim yaşayacaq.
Allah Rəhmət Eləsin ...
Araşdırmaçı jurnalist Baba Allahnəzərov

0.023207902908325