İctimai və dövlət maraqlarının müdafiəsi

İctimai və dövlət maraqlarının müdafiəsi
 

İctimai dövlət maraqları bir-birini tamamlayan kateqoriyalar kimi

 Demokratik cəmiyyətlərdə toplumun mənafeyi dövlət mənafeyi sayılır

 Cəmiyyət dövlət bir-biri ilə əlaqədə olan, biri o birinin içərisində qərar tutan anlayışlardır. Belə ki, cəmiyyət dövlət qurmaq üçün xammaldır desək, yanılmarıq.  Onları birləşdirən qırılmaz bağlar mövcuddur. İnsan cəmiyyəti fərdləri özündə birləşdirərək, sonda böyük bir toplum - cəmiyyət, maraqlar məkanına çevrilir. Dövlət isə həmin cəmiyyəti bir araya gətirərək, idarə etməklə bir növ, himayəçilik missiyasını öz üzərinə götürmüş olur. Bu səbəbdən , cəmiyyət dövlətin bir-birindən ayrı, təcrid olunmuş şəkildə yaşaması mümkün deyil.

 

Bəli, cəmiyyət dövlətin birliyindən, vəhdətindən ayrılmaz bir sistem formalaşır. Sözügedən sistemin mövcud olmadığı şəraitdə isə hərtərəfli, xoş gələcəkdən, ümumiyyətlə, mütərəqqi inkişafdan söhbət açmaq qeyri-mümkündür. Bu vəhdəti isə cəmiyyətlə, ümumilikdə ictimai maraqla dövlətin maraqlarının üst-üstə düşməsi nəticəsində əldə etmək olar. Belə bir vəhdət yaranmadıqca, mükəmməl bir dövlət quruluşundan da danışmaq mümkün olmazdı. Mükəmməl cəmiyyət odur ki, orada ictimai dövlət maraqları biri-birini tamamlayır.

Ümumiyyətlə, ictimai maraqlar hərfi mənada cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, fərdi mahiyyəti ümumi anlayışa yönləndirən çoxluğun marağını üstün tutan bir kateqoriyadır. İctimai marağın tanınması, təbliği müdafiəsi hökumət onun strukturları tərəfindən reallaşdırılır ona zəmanət verir. Amma müasir cəmiyyətlərdə bu kateqoriya daha geniş çoxşaxəli məna kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malik olur. İctimai maraq fərdi maraq anlayışı ilə eyniləşdirilə bilməz, çünki o fərdlər toplusunun ən ümumi maraqlarını özündə ehtiva edir. İctimai marağı qəlibə salan, müəyyənləşdirən müdafiə edən məhz dövlət - onu idarə edən isə hökumətdir. Cəmiyyətdə fəaliyyət göstərən müxtəlif ictimai birliklər qeyri-hökumət təşkilatları (QHT) hüquqi vasitələr hesabına ictimai marağın müdafiəsini həyata keçirirlər. Məsələn, onlar ictimai siyasətin təkmilləşdirilməsi ictimai marağın müxtəlif aspektlərinə dair hüquqi bazanın müzakirəsi, monitorinq islahat mexanizmlərini təşviq edir. Bu da öz-özlüyündə ictimai dövlət maraqlarının uzlaşmasına vəhdətinə xidmət edir. Cəmiyyətdə ictimai dövlət maraqları elə bir anlayışdırlar ki, onlar mütləq şəkildə uzlaşmalıdır ki, dövlətin normal sosial syasət yürütməsini təmin etsin. Əks təqdirdə, cəmiyyətin dövlətin birgə yaşaması mümkün olmaz. Məhz bu maraqların uzlaşdırılması siyasətin "çətin açılan inteqralı" hesab edilir. Bu uzlaşmanın ideal-nəzəri düsturu dövlət maraqlarının ictimai maraqlara uyğunlaşdırılmasıdır. Müasir dünyada demokratik ölkələrin hamısı təsadüfi deyil ki, bu variantı seçır. İctimai dövlət maraqlarının daha dərin məqamlarına nəzər yetirdikdə görürük ki, əslində elə demokratiyanın özü ictimai maraqların üstün tutulmasından dövlət maraqlarının ona tabe edilməsindən, uyğunlaşdırılmasından formalaşıb. Bu tip cəmiyyətlərdə ictimai dövlət maraqlarının müdafiəsi çox asan rəvan prosesdən ibarət olur. Ona görə ki, ictimai dövlət maraqları fərdlərin ümumi maraqlarının toplusundan ibarət olur.

Avtoritar rejimlərdə, diktaturalarda - cəmiyyətin idarə edilməsində ictimai rəyin nəzərə alınmadığı cəmiyyətlərdə isə vəziyyət bir qədər fərqli olur. Belə ki, bu cür rejimlərin hökm sürdüyü cəmiyyətlərdə ictimai maraqlarla dövlət maraqları arasında böyük uçurum müşahidə edilir. Bu səbəbdən ictimai dövlət maraqlarının müdafiəsi , biri-birindən fərqlənir. Belə rejimlərdə cəmiyyət üzvləri ictimai maraqları, hökumət isə dövlət maraqlarının müdafiəsi barədə düşünür. O üzdən cəmiyyətdə qüvvələr iki cəbhəyə parçalanır. Bu parçalanma bir tərəfdən cəmiyyət dövlətin zəifləməsinə, digər tərəfdən isə toqquşmalara, üsyanlara dövlət çevrilişlərinə gətirib çıxarır.

Demokratik cəmiyyətlərdə isə belə bir problem yaşanmadıgından, dövlət ictimai maraqlar bir-birini tamamladığından onun müdafiəsi inkişafı təbii prosesə çevrilir. Demokratik quruluşa malik olan ölkələrdə bütün vətəndaş cəmiyyəti institutları ictimai dövlət maraqlarının müdafiəçiləri sayılır. Bu institutun bir bölməsi olan media da daim ictimai maraqların müdafiə edilməsini diqqətdə saxlamalıdır.

Ümumiyyətlə, ictimai dövlət maraqlarının müdafiəsi sistemində ictimai maraqların müdafiəsi xüsusilə diqqət mərkəzində olmalıdır. Yəni ictimai maraqlar yetərincə müdafiə edilirsə dövlət maraqları da onunla üst-üstə düşürsə, deməli, ictimai maraqların müdafiəsi elə həm dövlət maraqlarının müdafiəsi rolunda çıxış edəcək. Yox, əgər dövlət maraqları ictimai maraqlarla uzlaşmırsa, belə dövlət maraqlarının qorunması məqsədəuyğun deyil. Bu baxımdan ictimai rəy əsasında idarə edilən cəmiyyətlərdə bəzən heç ictimai maraqların qorunması üçün belə ciddi cəhdlərə ehtiyac qalmır. Amma vətəndaş cəmiyyətinin nəzarəti bu kateqoriyalar üzərində daima mövcud olmalıdır.

Akif Nəsirli

0.033575057983398