Ölkə vətəndaşı bir şirkət tərəfindən pullarının mənimsənildiyini söyləyir

Ölkə vətəndaşı bir şirkət tərəfindən pullarının mənimsənildiyini söyləyir
 

Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi 61, mənzil 56 sakini Eldəniz Salmanov üzləşdiyi problemdən bəhs edib. Şikayətçinin AİB-ə ünvanladığı müraciətdə deyilir: “QNET şirkətinin nümayəndəsi Poladova Ayla Ramiz qızı oğlum Salmanzadə Taleh Eldəniz oğlunu şirkətə dəvət edib. Oğlum bu ilin mayında 1142 manat ödəməklə, 5 illik qüvvəsi olan tur paket alaraq həmin şirkətə üzv olub. Sonra oğlum anası Günay Salmanzadəni həmin şirkətə dəvət edib. Həyat yoldasim G.Salmanova da həmin şirkətə 24 may tarixində 1142 manat verərək 5 illik qüvvəsi olan tur paket alıb və şirkətə üzv olub. Həyat yoldaşım daha sonra mənim də həmin şirkətə üzv olmağımı təklif etdi. Mən də ailəmə dəstək üçün yanlarında oldum. Biz həyat yoldasımla dəfələrlə həmin şirkətə dəvət olunduq. Şirkətin nümayəndəsi Murad Serhadli bizimlə söhbət edərək şirkət haqqında videolar göstərir, işin doğruluğu barədə bizə məlumat verirdi ki,

gəlin üzv olun və qazanın. Bizdə şirkət anlayışı olmadığına görə aldanaraq ora üzv olduq. Mən 15 iyul tarixində şirkətin saytında göstərilən qızıl zinət məhsuluna 1405 manat verərək üzv oldum. 25 sentyabr tarixində isə Murad Serhadli tərəfindən mesaj gəldi ki, şirkətimizin saytından mənim aldığım qızıl məhsulu gəlib, gəlin göturun. 27 sentyabrda şirkətə gedərək M.Serhadlidən məhsulu təhvil aldım. Mən bu şirkətə üzv olanda borc pul tapıb məhsulu almışdım. Həmçinin, həyat yoldaşım və oğlum da borca girərək ora üzv olub. Borcu qaytara bilmədiyim üçün məhsulu təhvil götürəndən sonra satmaq qərarına gəldim. Amma hansı qızıl mağazasına getdimsə, mənə qızılın saxta olduğunu dedilər və almadılar.

Sizdən xahiş edirəm, QNET şirkətindən aldığım məhsulu və ailəmin aldığı tur paketləri geri qaytarmağa, bizə dəyən maddi ziyanın ödənilməsinə kömək edin”.

Nigar

0.10259604454041