Ermənistanın məlum qətnamədən gözləntiləri...
Paralel.az xəbər verir ki, erməni mətbuatı AŞPA-nın bir neçə gün əvvəl qəbul etdiyi qətnaməyə bənzər rıçaqların Bakının davranış xəttini dəyişə biləcəyini yazıb. Bunu Ermənistan Beynəlxalq Əlaqələr və Təhlükəsizlik İnstitutunun rəhbəri Stepan Safaryan deyib: “Ermənistanın Azərbaycanı cilovlaya bilən və Azərbaycana qarşı istifadə olunan rıçaqlara ehtiyacı var. Bu cür sənədlərə tabe olmaq istəməyən Bakı eyni zamanda onları laqeyd qala bilməz. Erməni nümayəndə heyətinin bəyənmədikləri təklifləri qətnamə layihəsindən çıxarmaq məqsədilə Strasburqdakı Türkiyə-Azərbaycan birgə heyətinin hərəkətləri bunun ən yaxşı təsdiqidir”. Xəbərdə deyilib ki, sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyası “Ermənistanla Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri/Dağlıq Qarabağ münaqişəsi” adlı qətnamə qəbul edib. AŞPA-nın 47 nümayəndəsi, o cümlədən Ermənistan irlandiyalı deputat Pol Qavan tərəfindən hazırlanan sənədin qəbul edilməsinə səs verib: “Sənədə Qavanın Ermənistan və Azərbaycana səfərindən sonra əldə edilən məlumatlar, Ermənistan və Azərbaycan siyasətçilərinin verdiyi məlumatlar daxildir. AŞPA-nın qəbul etdiyi sənəd müsbət və ermənipərəst xarakterdədir. Ermənistan parlamentariləri Yerevanda məsləhətləşmələr apararsa və nümayəndə heyəti hakim partiyadan dörd deputatla deyil, tam tərkiblə təmsil olunarsa, tamamilə fərqli nəticələr ola bilər. Qətnamə daha çox problemi həll edə bilər ki, bu da Ermənistanın Azərbaycana daha çox təzyiq göstərməsinə imkan verəcək. Ermənistanın AŞPA-dakı nümayəndə heyəti daha ətraflı işlənmiş strategiya əsasında hərəkət etsəydi, şübhəsiz ki, Türkiyə-Azərbaycan tandeminin uğurunun qarşısını ala bilərdi. Hakim partiyanın deputatlarının işi göz qabağındadır. Ancaq bir çox problem qətnamədən kənarda qaldı. Məsələn, Hadrut və Şuşadan olan qaçqınlar problemi, mədəni irs və bir çox humanitar problemlər. Artsax problemini yeniləmək, onun humanist mahiyyətini düzgün formalaşdırmaq üçün əla fürsət var idi”.
Nigar