Rəsmi Ermənistan sülh danışıqlarından bəhs edir

Rəsmi Ermənistan sülh danışıqlarından bəhs edir
 

Paralel.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Qarabağla bağlı danışıqları bərpa etməyə hazırdır. Xəbərə görə, Qarabağ probleminin sülh yolu ilə siyasi formatda həlli gündəmdə qalır. Xarici işlər naziri Ararat Mirzoyan “Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağla bağlı tam hüquqlu danışıqlar prosesini bərpa etməyə hazırıq” deyə, mətbuata açıqlayıb: “Ermənistan Avropa İttifaqı ilə uyğun olan Çexiyanın mövqeyini yüksək qiymətləndirir. Bu, ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında sülh danışıqlarını təşviq etmək və münaqişənin uzunmüddətli və stabil həlli yollarını axtarmaqdan ibarətdir. BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda həmsədrlərlə və onların vasitəçiliyi, Azərbaycanın xarici işlər naziri ilə görüşləri əhəmiyyətli olub. Nyu Yorkdakı görüşlər Ermənistanın Minsk Qrupunun həmsədrliyi çərçivəsində Qarabağ probleminin tanınmış prinsiplər və elementlər əsasında yenidən qurulmasına hazır olduğunu bir daha təsdiqlədi”.

Nigar

0.052973985671997