İran Azərbaycanla münasibətlərə dair açıqlama verdi

İran Azərbaycanla münasibətlərə dair açıqlama verdi
 

Paralel.az İran səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı arasında polemikaya səbəb olan anlaşılmazlıqların diplomatik yollarla həll ediləcəyini bildirib.
İsrail və bəzi ölkələrin İranla Azərbaycan arasındakı münasibətləri pisləşdirmək üçün xain planlar qurduğunu iddia edən Vahidi "Anlaşılmazlıqlar və fərqli məsələlər olarsa, diplomatik yollarla həll ediləcək. Xarici İşlər Nazirliyi bu mövzunu izləyir", deyə qeyd edib.
Qonşu ölkələri əməkdaşlığa və dialoqa dəvət etdiklərini deyən nazir "İran qonşuları ilə dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir. Yeni hökumətdə qonşular bizim üçün prioritetdir və onlarla dostluq münasibətlərini qoruyacağıq. Biz həmişə bəyan etmişik ki, İran bütün qonşu ölkələrə və Azərbaycana münasibətdə dostdur" - bildirib.
Təlimlə bağlı açıqlamanın Azərbaycan Prezidenti İlham Əliyevin İranın daha əvvəl sərhəddə keçirdiyi təlimlərə reaksiyasından sonra verilməsi isə diqqət çəkib.
Digər tərəfdən, İran ölkənin şimal-qərbində, Azərbaycan sərhədində "Xeybər fatehləri" adlı hərbi təlim keçirəcəyini açıqlayıb.


Akif Nəsirli

0.020761013031006