SEPAH komandiri Azərbaycanı hədələdi

SEPAH komandiri Azərbaycanı hədələdi
 

Əli Orucov: "İran rəsmilərinin təhdid dolu bəyanatları boş sözlərdir, amma Azərbaycan dövləti buna cavab verməlidi"

 

Paralel.az xəbər verir ki, SEPAH-ın Təbrizdəki qüvvələrinin komandanı Hüseyn Purismayıl isə daha sərt mövqe ortaya qoyaraq Azərbaycanı təhdid edib. Bakının İran əleyhinə bəyanatlarının arxasında İsrailin dayandığını iddia edən Purismayılın sözlərinə görə, “İsrailin İrana qarşı Azərbaycan rəhbərliyinin dilindən səslənən hədələri nəinki Bakının maraqlarına ziddir, hətta onun mövcudluğuna təhlükə yaradır”.

SEPAH birbaşa ali rəhbərə tabe olan hərbi strukturdur, bu səbəblə Azərbaycan səslənən təhdidləri ciddiyə alıb, müvafiq tədbirlər görməlidir. Lakin hələ də bu bəyanata Azərbaycan tərəfinin rəsmi mövqeyi ortaya qoyulmayıb.

Belədə isə SEPAH komandirini fikirlərində yer alan "İsrailin İrana qarşı Azərbaycan rəhbərliyinin dilindən səslənən hədələri" ifadəsi xüsusi maraq doğurur. Görəsən Azərbaycan rəhbərliyi İranı harada və hansı formada hədələyib?

Məsələyə münasibət bildirən politoloq Əli Orucov dedi ki, İran üçün bütün bunlar bəhanədir: "Əsas məsələ ondan ibarətdir ki, 44 günlük müharibədən sonra Azərbaycanın ərazilərini azad etməsi, güclənməsi və Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi İranı ciddi narahat edir. Birincisi, İran öz sərhədlərində güclü Azərbaycanı heç vaxt arzulamayıb. Çünki güclü Azərbaycan istər-istəməz Günəy Azərbaycana təsir edə və bu da İran üçün problemlər yarada bilər. İkincisi, İran Türkiyənin Azərbaycanda nüfuzunun artmasını, onun Qafqazda hərbi varlığını istəmir. Bunun da səbəbləri hamıya aydındır. İran Türkiyə ilə fərqli hərbi bloklarda təmsil olunurlar. Üçüncüsü, İran Azərbaycanın işğal olunmuş ərazilərindən müxtəlif məqsədlər üçün, həttə, narkotik bitkilərin becərilməsi məqsədi ilə istifadə edirdi. Bu fürsət isə artıq əlindən çıxıb, indi onun kürlüyünü edir. Dördüncüsü, Azərbaycan-Pakistan əməkdaşlığının inkişaf etdirilməsi də Tehranı narahat edən məsələlər sırasında yer alır.

Beynəlxalq konvensiyalara görə hər bir dövlət istədiyi dövlətlə arzuladığı münasibəti qura bilər. Bu baxımdan İran Azərbaycanla düşmən olan Ermənistanla sıx iqtisadi-diplomatik əlaqələrə malikdir. Buna görə Azərbaycan heç vaxt İrana təhdid mesajı verməyib. Sadəcə, Azərbaycan İranı dini baxışlara görə qütbləşən dünyada müsəlman təəssüfkeşliyinə çağırıb.

O ki qaldı İsrail-Azərbaycanda münasibətlərinə, biz bu münasibətləri İranın deyil, öz maraqlarımız əsasında qurmalıyıq və quruq da. 44 günlük müharibədə İran Ermənistana silah ötürdüyü halda, İsrail silahları bizim qələbəni əldə edilməsində züsusi rol oynadı. Hələ bizi İsraillə diplomatik münasibətlərimiz də qurulmayıb. Hesab edirəm ki, tezliklə bizim Təl-Əvivdə səfirliyimiz açılmalıdır. Bəlkə İran rəsmiləri İsrail şirkətinin Zəngiləndə texniki təhcizatla məşğul olmasını özünə təhdid hesab edir, bu tam iqtiisadi fəaliyyət növüdür.

İran bizə düşmən olnə Ermənistana birbaşa iqtisadi dəstək verir, bu bir yana, bizim ərazilərimizə, Xankəndiyə bizim icazəmiz olmadan daxil olur, müxtəlif təyinatlı yüklər daşıyır. Bu beynəlxalq koıensiyalarla daban-dabana ziddiyyət təşkil edir.

İran rəsmilərinin təhdid dolu bəyanatları boş sözlərdir, amma Azərbaycan dövləti buna cavab verməlidi. İran bu istiqamətdə hər hansı bir addım atsa, ən ağır zərbəni özü alacaq".

Akif Nəsirli

0.026932001113892