Ədliyyə nazirliyi pensentiyar xidmətinin cəzaçəkmə müəssisələrində açıq rüşvət yığılır

Ədliyyə nazirliyi pensentiyar xidmətinin cəzaçəkmə müəssisələrində açıq rüşvət yığılır
 

Belə də biyabırçılıq olar?

Ölkədə həm rüşvətxorluğa qarşı mübarizə gedir, həm də rüşvətxorluq geniş inkişaf edir. Amma ölkənin hansı dövlət orqanına gediriksə, orada şıdırğı gedən rüşvət və korrupsiya ilə qarşılaşırıq

Məhbus qohumla görüşə gəlmişəm. Görüşmək üçün pullu ərizəyazan müəssisənin girişində xüsusi ayrılmış otaqda xudmani əyləşib. Görüşə gələnlərin hər birinə ərizə yazıb pul yığır. Hamıya elə vərdiş etdiriblər ki, məhbusla görüşə gələnlər sanki pulla ərizə yazdırmağa və bunun üçün rüşvət verməyə borcludur.

Ərizəyazanın oturduğu kiçik otağa baxdım. Otaqda görüşə gələnlərin müəssisə rəisinin adına ərizə formasının doldurulması barədə heç bir nümunəyə rast gəlmədim.

Dustaqlarla görüşə gəlmiş insanların bəzilərilə söhbətdən öyrəndim ki, hər görüşə gələn adam görüşə gedərkən oradakı hərbi formada olan nəzarətçiyə 5-10 manat pul verməlidir. Əks təqdirdə bir bəhanə ilə görüş verilmir.

Bundan əlavə, dustaqların deməsinə görə, görüşə gələn insanların gətirdikləri sovqatın və dustağa verilən pulun da bir hissəsi nəzarətçilərə və müəssisənin rəisinə çatdır.

Bir sözlə, Ədliyyə nazirliyinin Pensentiyar Xidmətinin rəisi Ceyhun Əkbər oğlu Həsənov rəhbərliyi altında "məhbus biznesi" sürətlə inkişaf edir.

1 saylı cəzaçəkmə müəssisəsi ilə eyni ərazidə yerləşən 6 və 15 saylı cəzaçəkmə müəssisələrində də eyni rüşvətyığımı və maxinasiyalarla milyonlar toplanır. Cəzaçəkmə müəssisələrinə dustaqların yaşayışını təmin etmək üçün dövlətin ayırdığı milyonlarla pul rəhbərlik tərəfindən mənimsənilir...

Bax belə, ölkənin Ədliyyə nazirliyinin Pensentiyar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində rüşvət və korrupsiya "dəyirmanı" öz "xodu" ilə işləyir. Necə deyərlər, "dəyirman bildiyini işlədir, çarx isə başını ağrıdır".

Şahnaz

0.10123109817505