Məhsullar “gəl-gəl”, qiymətlər isə əksinə deyir

Məhsullar “gəl-gəl”, qiymətlər isə əksinə deyir
 

Paytaxtın iri və xırda, məhəlli supermarketlərində hər gün qiymət artımı müşahidə edilir. Bir çox ərzaq məhsulunun qiyməti gündəlik ən azı, 5-10 qəpik həddində artımla təqdim edilir. Bunun səbəbini benzinin qiymətiylə əlaqələndirənlər də var. Son günlər isə meyvə-tərəvəzin qiymətində kəskin artım olub. Hətta mövsümi meyvələrin, kartof-soğanın, lobya-badımcanın, əsasən də pomidorun qiyməti nəzərəçarpan həddə artırılıb. Hazırda pomidorun bir kilosu üç manatdan aşağı deyil, Zirə pomidorunun market qiyməti 3.50-yə, Şəmkir pomidorunun kiloqramı isə 3.10-a təklif edilir. Bölgələrdə fermerlər məhsulu bundan ucuz təklif etsələr də, paytaxta gətirilincə qiymət fantastik həddə çatır. Satıcılar bunun əsas səbəbini məhsulun bostanlardan tükənməsiylə əlaqələndirsələr də,

fermerlər bu məqamla razılaşmırlar. Yağıntılı havanın əsas kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edəcəyi də səslənən iddialar arasındadır.

Nigar

0.019629955291748