800-dən çox rəsmi şəxs istintaqa cəlb edilib
Paralel.az xəbər verir ki, hazırda Ermənistan Prokurorluğu 800 nəfəri ittiham edir. Xəbərə görə, hərbi hissələrin idarə olunması və s. barədə yol verilən qanun pozuntuları araşdırılır: “Ermənistan Baş Prokurorluğu 2020-ci ilin payızında Qarabağda gedən döyüşlərlə əlaqədar iki mindən çox cinayət işi həyata keçirir. Cinayət Məcəlləsinin maddələrinə əsasən, Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində, Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində, Xüsusi İstintaq Xidmətində cinayət işləri başlanıb. Hərbi birləşmələrin işə qəbulu zamanı yol verilən pozuntular, növbətçi məntəqələrdən icazəsiz imtina halları, qanunsuz silah və döyüş sursatı, habelə partlayıcı maddələrin əldə edilməsi, Qarabağdan Ermənistana çatdırılması, hərbi
xidmətdən yayınma halları, özünə xəsarət yetirilməsi halları araşdırılır. Bölmələrin cənub istiqamətində komandanlıq etməsi və Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədlərinə və Qarabağın mərkəzinə, Şuşa şəhərinə hücum epizodları da araşdırılır. “Lələ-Təpə”, Hadrut, Karin Tak, Şuşa yaxınlığındakı döyüş epizodları müzakirə olunur. İtkin və ya əsir düşən hərbçilərin qohumlarından pul tələb etmə və s. bağlı genişmiqyaslı istintaq əməliyyat-axtarış tədbirləri aparılır, ekspertizalar təyin olunur. Qarabağın cənubunda baş verən hadisələrdə Qarabağ müdafiə ordusunun komandirləri, Qarabağ təhlükəsizlik şurasının keçmiş katibi və digərləri daxil olmaqla təxminən, 150 nəfər istintaqa cəlb edilib. Əldə edilən sübutlar əsasında 800-dən çox adam barədə qərar qəbul edilib”.
Nigar