Qondarma rejimdə “casus ovu”
Paralel.az xəbər verir ki, qondarma rejimin milli təhlükəsizlik xidmət əməkdaşları dövlətə xəyanət faktı aşkar ediblər. Xəbərə görə, sosial şəbəkələrdə müəllifin Stepanakertdə (Xankəndi.red.) müxtəlif yerləri göstərdiyi və rus dilində Xankəndində olduğunu söylədiyi videolar yayımlanıb: “DSX və polis əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Əsgəran rayonunun İvanyan kənd sakini, 21 yaşlı M.A. vətənə xəyanət etməkdə şübhəli bilinib. Dağlıq Qarabağın Milli Təhlükəsizlik Xidməti casusluq və vətənə xəyanət hallarının müəyyənləşdirilməsi və məlumatların verilməsində cəmiyyətin kömək və iştirakını gözləyir” deyə, xəbərdə qeyd edilib.
Nigar