MÜTALİƏ ÜÇÜN: 

MÜTALİƏ ÜÇÜN: 
 
Rus hərbi ekspert Mixail Xodarenko “Gazeta.ru” saytına maraqlı açıqlama verib. Söhbət 44 günlük Vətən Müharibəsindən gedir. Ekspert Azərbaycanın niyə qalib, Ermənistanın niyə məğlub olmasının səbəblərini açıqlayıb. Həmin açıqlamanın maraqlı fraqmentlərini təqdim edirəm: 
- Müharibədə Azərbaycanın qələbə qazanmasında “Bayraktar TB2”nin hər nə qədər rolu oldusa, hərbi-siyasi rəhbərliyin verdiyi dəqiq qərarların da bir o qədər rolu böyük idi.
- I Qarabağ müharibəsində Azərbaycanın məğlub olmasının əsas səbəbi peşəkar hərbçilərinin yoxluğu idi. 1991-ci ilin statistikasına görə, Sovet Ordusunda cəmi bir azərbaycanlı general var idi – Valeh Bərşadlı. Ermənilərin isə təkcə generalları deyil, həm də çoxlu sayda peşəkar zabitləri SSRİ ordusunda qulluq edirdi. Nəticədə, müharibədə Azərbaycanın hərbi təcrübəsizliyi məğlubiyyətinə səbəb oldu. 
- Ermənilər birinci müharibədən qalib çıxdıqdan sonra uğurdan başları gicəlləndi. Onlar elə zənn etdilər ki, daha Azərbaycan onlara qarşı heç bir addım atmayacaq və həmişə vəziyyət belə qalacaq. Onların bu hərəkəti daha çox özlərinə qarşı “qəddar təlxəklik” idi. Amma unudurdular ki, Bakı məğlubiyyəti onlara bağışlamayacaq. 
- Prezident İlham Əliyev qələbənin təmin edilməsi üçün iki vacib addım atmışdı. Birincisi, o gələcək siyasi hədəflərini həyata keçirmək üçün Azərbaycanın ordusunu qura bilmişdi. Bu çox ciddi zəhmət və resurs tələb edirdi. 
İkincisi isə Əliyev Türkiyənin dəstəyini almağa nail olmuşdu. Bütün mənalarda Ankara bu gün regional liderdir. 
- Paşinyan və Ermənistan hakimiyyətinin üzvləri isə Bakının bu hərəkətlərinə dırnaqarası baxırdılar. Elə bu səbəbdən də ordunun gücləndirilməsi və döyüş qabiliyyətinin artırılması istiqamətində heç bir addım atmırdılar. 
- Ermənistan müharibə olarsa, müttəfiqlərinin ona kömək edəcəyini, qısa müddətdə döyüşləri dayandıracağına inanırdı. Lakin Qərb Ermənistandan uzaq dayandı. Rusiya isə son dönəmlər İrəvanın nazı ilə oynamaq fikrində deyil. Həmçinin Kreml bu oyunlara qatılmaq istəmir. Bir də ki, Rusiya açıq bəyan edir ki, həm Ermənistan, həm də Azərbaycan onun tərəfdaşıdır. 
- Azərbaycan son müharibədə qələbəni daddı. Bunun hansı dərəcədə əhəmiyyətli olduğunu ifadə etmək çox çətindir. Ona görə də, Azərbaycan Qarabağın statusu məsələsini müzakirə belə etmək istəmir. Üstəlik, İlham Əliyev bəyan edib ki, bu məsələ gündəlikdə yoxdur. 
- Vəziyyət belədir ki, Qarabağ münaqişəsi ilə bağlı məsələyə yekun nöqtə qoyulmayıb. Çünki hazırda Qarabağda 2000-dən artıq rus sülhməramlısı var. Moskvanın onları növbəti 5 ildə oradan çıxarmaq fikri də yoxdur. Onların orada nə qədər qalacağı da bəlli deyil. 
- Ermənistanın ən ağrılı yeri özünün hərbi hava qüvvələrinin olmamasıdır. Misal olaraq bildirim ki, hər bir ölkənin havadan müdafiə olunması üçün orta hesabla 100 döyüş aviasiyası olmalıdır. Bir təyyarənin qiyməti isə 120-150 milyon dollardır. Üstəlik, bu təyyarələrin ən azı 30 sutka döyüş təcrübəsi olmalıdır. Buna isə 15 milyard dollar pul lazımdır ki, Ermənistan həmin vəsaiti tapa bilməz. 
- Azərbaycan yeni ordu qurmaq üçün həm maddi, həm də digər reurslar baxımından geniş imkanlara malikdir. Və hazırda atdılqları addımlar da onu deməyə əsas verir ki, Bakı silah arsenalını ən yeni silahlarla təhciz edir. 
- Üçüncü Qarabağ müharibəsi qaçılmazdır. Yalnılz onun konkret hansı tarixdə başlayacağı məlum deyil.
 
Fikrət Fərəməzoğlu
0.033934116363525