Qarabağda seperatçıların istehkamları dağıdılır

Qarabağda seperatçıların istehkamları dağıdılır
 

İlham İsmayıl: "Qarabağda seperatçıların 10 noyabrdan sonra quraraq möhkəmləndirdiyi istehkamları partladılır, Azərbaycan tərəfi isə həmin əraziləri buldozerlə hamarlayır"

Paralel.az xəbər verir ki, Rusiyanın RBK və Teleqram kanallarında Rusiyanın Müdafiə Nazirliyinə istinadən Xocavənd, Xocalı və Ağdərə istiqamətində  seperatçılara məxsus istehkamların dağıdıldığı barədə xəbərlər yayıblar. Hətta, RBK bir qədər də irəli gedərək, öz mənbələrinə istinadən bildirir ki, yeni razılaşmaya əsasən Ağdərə, Xocalı və Xocavənd Azərbaycan SQ-nın nəzarətinə keçəcək. Sonuncu xəbərin yayılmasından iki sutka vaxt keçsə də, hələki rəsmi təsdiqini tapmayıb. Amma sülhməramlılarla təmas xətdində seperatçılara məxsus istehkamların dağıdılması barədə məlumatlar ara-sıra gündəmə gəilr.

Məsələyə aydınlıq gətirmək üçün təhlükəsizlik məsələləri üzrə eksperti İlham İsmayıla müraciət etdik. Ekspert bildirdi ki, üç gün əvvəl Tərtərdə atəş səsləri gəlməyə başladı və biz bu atəş səsləri ilə maraqlandıq: "Məlum oldu ki, Qarabağda seperatçıların 10 noyabrdan sonra quraraq möhkəmləndirdiyi istehkamları partladılır, Azərbaycan tərəfi isə həmin əraziləri buldozerlə hamarlayır. Bu barədə Azərbaycan hökuməti fevral-mart aylarında sülhməramlılara etirazını bildirmişdi. Proses Kosobokov gələndən sonra başladı. Görünür proses davam edir. Sülhməramlılar seperatçıları bu istehkamlardan çıxarır, bizimkilər isə istehkamları dağıdır, partlamamış silah-sursatı isə zərərsizləşdirir. Şimal istiqamətində 9 istehkamın dağıdıldığını dəqiq bilirəm. Erməni mediası yazır ki, heç bir istehkam dağıdılmayıb, yalnız minalar zərərsizləşdirilir. Amma məndə olan səhih məlumata görə, seperatçıların 10 noyabırdan sonra qurduğu istehkamlar dağıdılır. Əgər bu barədə artıq Rusiya mediası yazır və danışırsa, deməli proses davam edir.

Bir müddət əvvəl məlumat gəldi ki, Ağdərə istiqamətdə erməni əsilli fransa zabitləri var. Həmin zabitlər seperatçı silahlılara rəhbərlik edir, çox vaxt da Ermənistan Müdafiə Nazirliyinin tapşırıqlarını qula qardına vururlar, yerinə yetirmirlər. Bu zabitlərin fəaliyyəti ruslar üçün də arzuolunmaz idi, görünür onları sərhəddən kənarlaşdırmaq Moskvanın da maraqlarına uyğun gəlir. Ona görə də həmin istehkamların dağıdılmasını dəstəkləyir, buna imkan verir. Ermənilar isə Qarabağda bu gün də təxribatla məşğuldur, onlarda hər cür təxribat gözləmək olar".

Akif Nəsirli

0.034273862838745