Beyləqan rayon prokuroru Ramazan Hadıyev şəhid ailələrinin Baş prokurorluqda qəbuluna imkan verməyib - şəhid atası iddia edir

Beyləqan rayon prokuroru Ramazan Hadıyev şəhid ailələrinin Baş prokurorluqda qəbuluna imkan verməyib - şəhid atası iddia edir
 

O, PA-dan göndərilmiş şəhid valideynlərinin Baş prokurorluqda qəbul olunmasını pozub

Şəhid atası Ələddin Bayramov dünən "Paralel TV"-yə verdiyi açıqlamda bildirib ki, Beyləqan rayon prokuroru Ramazan Hadıyev PA-nın qarşısında etiraz aksiyası keçirən 8 nəfər şəhid valideynlərinin Baş prokurorluqda qəbul olunmasını pozub.

Beyləqan rayonunun icra başçısı Asif Ağayevin şəhidlərin ruhuna göstərdiyi etinasızlığa görə, rayonun Təzəkənd kəndindən olan 8 nəfər şəhid valideynləri sentyabrın 21-də Prezident Aparatının qarşısında etiraz aksiyası keçirməyə başlayıblar.
Üç gün davam edən aksiya polislərin təzyiqlərilə dağıdılsa da, şəhid atası Ələddin Bayramov etiraz aksiyasını sentyabrın 23-dək davam etdirib.

Şəhid arası 2 gündən sonra millət vəkili Şahin İsmayılov və rayon kuratoru Qiyas müəllimin onunla görüşə gəldiklərini bildirib. Şəhid atası PA-dan onları Baş prokurorluğa qəbula göndərildiklərini, lakin onların Baş prokurorluqda qəbulu baş tutmayıb.

Ə. Bayramovun dediyinə görə, onları Baş prokurorluğun binası qarşısında qarşılayan, özlərini prokurorluq əməkdaşları kimi təqdim edən şəxslər onların qəbul olunmayacağını bildirərək, şəhid valideynlərini binadan uzaqlaşdırıblar.
Şəhid valideynləri Baş prokurorluqda onlara qarşı edilən kobud rəftarın səbəbkarının Beyləqan rayon prokuroru Ramazan Hadıyevin olduğunu iddia ediblər.

Şəhid atası Ələddin Bsyramov: " Baş prokurorluğun qarşısında bizi qarşılayan şəxslərin əvvəlcədən bizimlə bağlı qəbul etdikləri kobud və sayğısız hərəkətlərin səbəbkarının yalnız Beyləqan rayon prokuroru Ramazan Hadıyevin olmasına şübhə etmirik" - deyib.

Röyal

0.019418001174927