Stres koronadan daha güclü düşməndir
İnsanları stres və depressiyadan qorumaq lazımdır
Paralel.az xəbər verir ki, iki ilə yaxındır, dünya informasiya məkanının cündəmindən düşməyən korona virus pandemiyası barədə məlumatlarda son zamanlar müsbət tendensiya müşahidə olunmaqdadır. Baxmayaraq ki, bu müddət ərzində yoluxanların və dünyasını dəyişənlərin sayı milyonlarla ölçülür, atıq heç kim sərt qapanmalara getmək niyyətində deyil. Çünki bu iki ilə yaxın zaman müddətində belə, heç kim by virusun mənşəyini müəyyənləşdirə bilmədi. Bir qrup alimlər iddia edir ki, virus Çində yaradılıb, ABŞ (Pentaqon) ona maliyyə dəstəyi verib, başqa bir qrup alimlər isə virusun Amerikada (ABŞ) yaradıldığını düşünürlər. Alimlər bir yana, bu müddət ərzində insanlar da virus haqqında çox şey öyrəndilər. Ən əsası da, heç bir virusun stres və depressiyadan daha güclü olmadığı ortaya çıxdı. Karona da əsas etibarı ilə insanları depressiyaya salaraq ölümə apardı. Yəni insanları ölümə sürükləyən koronanın özü yox, daha çox onun haqqında yayılan məlumatlar oldu. Bu da, artıq sübut olunub ki, karona virus dönəmində dünyada stres və depressiya səbəbindən həkimlərə müraciət edənlərin sayı 2 dəfədən çox artıb. Bu isə o deməkdir ki, virus haqqında hər hansı bir informasiyanı yayan zaman ehtiyatlı olmaq lazımdır.
Eyni zananda, həkimlərin gəldiyi qənaət budur ki, istənilən bir virusa qarşı mübarizdə insanın təbii immuniteti əsas rol oynayır. Peyvəndin də (vaksinasiyanın) əsas funksiyası insanda bu və ya digər virusa qarşı immunitet yaratmaqdır. Buna görə də, virus haqqında az danışıb, immuniteti qaldırmaq üçün çox çalışmaq lazımdır.
Mən hələ pandemiyanın ilk günlərindən bu mövqedə idim ki, virusla mübarizə üçün sərt məhdudlaşmaya getməkdənsə, insanları virus haqqında məlumatlandırmaq daha düzgün olardı. Bu gün dünyanın hər yerində yoluxma və ölüm hallarının yüksək olmasına baxmayaraq, daha da yumşalmalara getməyin əsas səbəbi də budur.
Ölkəmizdə əhalinin 80 faizinin peyvənd olunması da, yumşalmalara getməyə əsas verən səbəblərdən biridir. Bu da öz növbəsində, insanların stresdən və depressiyadan çıxıb, normal həyata qayıtmaları baxımından mühüm əhəmiyyət daşıyır. Biz artıq bu virusla birgə yaşamağı öyrənməliyik. Başqa yolumuz yoxdur. Bir müddət sonra bu virucu da, adi qrip kimi qarşılamağa öyrəşəcəyik. Bu illər isə bir kabus kimi tarixə dönəcək.
Yusif Seyid