AY “MƏŞHUR” PROFESSOR-ALİM!

AY “MƏŞHUR” PROFESSOR-ALİM!
 

İtalyanşünas Günel Bayramova yazır:

"Bildiyim qədər dissertantura və doktoranturaya qəbul planı bu il artıq başa çatıb, yəni imtahandan keçənlər məlumdur. Hətta bugünlərdə AMEA-nın Dilçilik İnstitutunda doktorantlar vədissertantlara mövzu və rəhbər təyin edilməsi ilə bağ elmi şurada keçirilib. Ancaq şurada elmi tədqiqat işlərinin mövzuları hansıprinsiplə seçilir məlum deyil. Yoxsa burada da şəxsi maraq naminəelm qurban verilir?! Ölkədə böyük bir tərcümə institutu - Azərbaycan Dillər Universiteti və onun Tərcümə fakültəsiolduğunu bilirik. Hətta bu universitetin magistratura pilləsi peşəkardilşünas-tərcüməşünas yetişdirmək məqsədi daşıyır. Bu da son ikionilliyin tendensiyası, tələbidir.

Bəs onda necə olur ki, bu istiqamətdə fəlsəfə və ya elmlərdoktorluğu hazılığına etiraz edilir?! Necə olur ki, Dilçilikİnstitutunun elmi şurasınıngörkəmlialimləri bir ağızla tərcüməilə bağ mövzuya veto qoyurlar?! Bəlkə məhz buna görədir ki, son5-10 ilinşedevrlər”i sırasında həmin görkəmli alimlərin özlərininərsəyəgətirdikləri yarıtmaz tərcümələr dayanır.

Deyən lazımdır, ay məşhur professor-alim, axı siz tərcümənəzəriyyəsini və praktikasını bilmədiyinizə görə, müxtəlif xaricidillərə çıxışı olmayan tədqiqatçılarımız dünyaca məşhur C. Layonz, E.Benvenist və s. kimi dilçi-alimlərə sizin yanlıştərcüməniz ucbatından lənət oxuyur, dünya dilçiliyininfundamental əsərlərinixoxancildində görürlər.

Tərcüməşünaslığı elm saymadığınıza görə dövlət büdcəsindənayrılan vəsait hesabına etdiyiniz tərcümələr bərbadlığı ilə seçilir. İldən-ilə təkrarladığınızsadə cümlə”, “budaq cümlə”, “şəkilçi eləgəldi, heca belə getdikimi bəsit mövzularla yalnız elmi geriaparmaqla məşğulsunuz".

Paralel.az

0.022921085357666