Dini qurumlar arasında anlaşılmazlıq nədən qaynaqlanır?

Dini qurumlar arasında anlaşılmazlıq nədən qaynaqlanır?
 

Paralel.az xəbər verir ki, Qaraçay-Çərkəz müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev Rusiya Müsəlmanlar Ruhani İdarəsinin Şimali Qafqazda nümayəndəlik açmasının dindarları çaşdırdığını söyləyib. Qeyd edilib ki, onun adından RF Müsəlmanları Ruhani İdarəsinə olan bir müraciətdə idarənin “alternativ yalançı müftiliklər yaratmağı dayandırmağa” çağırış səslənib. İ.Berdiyevə görə, bu, müfti Ravil Qaynutdinə (Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri) yeni bir müavin təyinatından sonra başlanıb: “Sonra adlarını dəyişərək bütün ölkədə özlərinə tabe olan ruhani idarələr yaratmağa başladılar”.

Xəbərə görə, Rusiya Müsəlmanları Ruhani İdarəsi nümayəndəlik açmaqla ölkədə müsəlmanların yalnız Moskvada bir mərkəzi ruhani idarəsinin olduğunu və hər kəsin də ona tabe olduğunu göstərmək istəyir. İdarə sədrinin birinci müavini Dəmir Muhətdinov isə deyib ki, həm prezident administrasiyası, həm də Şimali Qafqaz respublikaları liderlərinin tələbi ilə Şimali Qafqazda yeni təşkilatlar açılıb: “Bu səbəbdən, indi bir növ dağıdıcılıq tətbiq etməyə çalışdığımız və ya tarazlığı pozduğumuz ifadəsinin heç bir mənası yoxdur. Biz Rusiya Federasiyasının qanunları çərçivəsində hərəkət edirik və Rusiya Müsəlmanları Ruhani İdarəsinin statusu icmalarımızı Vladivostokdan Kalininqrada qədər açmağımıza icazə verir”.

Nigar

0.01603102684021