Müəllimlər maaşlarının məbləğindən narazıdır

Müəllimlər maaşlarının məbləğindən narazıdır
 

Orta təhsil müəssisələrində bugündən başlayaraq əyani tədrisə start verilib. Məktəblərdən aldığımız məlumata görə, pandemiyadan irəli gələn bütün tələblərə əməl edilir. Yəni valideynlər məktəbin həyətinə buraxılmırlar, şagirdlərin temperaturu yoxlanılır, onlar dezinfeksiya olunurlar, bütün məktəb heyəti də maskadan istifadə edirlər. Amma buna baxmayaraq, müəllimlərin narazılığı da mövcuddur. Bu da onların əməkhaqqısının məbləğiylə bağlıdır: “Hazırda orta məktəb müəllimlərinin əməkhaqqısı çox aşağıdır. Hesablamalara görə, müəllimlərin orta aylıq əməkhaqqısı guya 700 manatdır. Əslində, reallıq belə deyil. Əksər məkəblərdə dərs saatı azdır. Ona görə də müəllimin hazırda orta aylıq əməkhaqqısı 250-300 manat civarındadır. Müəllim bu maaşın əksər hissəsini təhsil-tədris prosesindəki ehtiyaclara - dərs ləvazimatına, texniki vasitələrə və s. xərcləyir. Qalan məbləğ isə onun sosial və səhiyyə xərclərinə gedir. Təklif edirik ki, bizim aylıq maaşımız qaldırılsın. Bu, mümkün deyilsə, bir dərs yükü 18 saatdan 12 saata endirilsin. Çünki belə olan halda, müəllimlərin dərsə tələbatı ödənər, həm də 12 saat dərs deyən müəllimin maaşı əvvəlki rəqəmə nisbətən, yüksək olar. Çıxış yolu yalnız budur - ya maaşlar artırılsın, ya da ki, dərs stavkası 12 saata endirilsin”.

Nigar

0.022093057632446