Çörəklər nədən açıq vəziyyətdə daşınır?

Çörəklər nədən açıq vəziyyətdə daşınır?
 

Koronavirusla bağlı mövcud gündəm hər məqamda ehtiyatlı olmağı tələb edir. Bu, birbaşa qidalanmağa da aiddir. Lakin vətəndaşlar iri market və mağazalarda qida məhsullarının qablaşdırılmamasından şikayət edirlər. Bu, birbaşa çörək məhsullarına aiddir: “Zavod istehsalı olan çörəklər bağlı, paketlənmiş formada olur. Bu məhsullar birbaşa zavoddan belə gətirildiyi üçün təhlükəsizliyimizə təminat verilir. Lakin marketlərdə sexdən gətirilən çörəklər də satılır ki, onlar qəbul edilən vaxt açıq formada olur. Biz təndir çörəyi alanda bunu görürük. Marketlərdə həmin çörəkləri öz tərəflərindən bəzən sellafon torbalara yerləşdirirlər. Amma sexdən marketə gətirilənə qədər bu çörəklər açıq şəkildə daşınır. Koronavirusdan qorunma qaydalarının tələb edildiyi bir vəziyyətdə, bu cür hallar yolverilməzdir. Təhlükəsizliyimiz üçün bu barədə hansısa formada həll yolunun tapılmasını xahiş edirik”.

Nigar

0.020518064498901