Boris Conson uşaqlarının sayını açıqladı

Boris Conson uşaqlarının sayını açıqladı
 

 

Britaniyanın Baş naziri Boris Conson ilk dəfə övladlarının sayı ilə bağlı açıqlama verib.

Jurnalistin onun altı uşaq atası olmasıyla bağlı sualına hökumət başçısı “Bəli” deyərək cavab verib.

Qeyd edək ki, xeyli müddətdir Britaniya KİV-də Consonun övladlarının sayı müzakirə mövzusuna çevrilib.

Hazırda Baş nazir Kerri Saymonsla evlidir və cütlüyün bir oğlu var.

Bundan əlavə, Conson ilk nikahdan dörd övlada sahibdir. Həmçinin, onun nikahdankənar qızı da var.

Mənbə: “RİA Novosti”

0.016067028045654