Avropa Parlamentinin rəhbəri xəstəxanada müalicə alır

Avropa Parlamentinin rəhbəri xəstəxanada müalicə alır
 

 

Avropa Parlamentinin prezidenti David Sassoli artıq bir neçə gündür xəstəxanaya yerləşdirilib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Sassoli hələ sentyabrın 15-də Strazburq hospitalına aparılıb. Gecə saatlarında onun hərarəti yüksəlib. Parlament prezidentinin COVID testi mənfi çıxıb. Ona pnevmaniya diaqnozu qoyulub və dərhal müalicəyə başlanıb.

Hazırda Sassolinin özünü yaxşı hiss etdiyi bildirlib.

Qeyd edək ki, Avroparlamentin rəhbəri vaksinasiya olunub.

Mənbə: The-president.europarl.europa.eu

0.42573189735413