Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb - FOTO

Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb - FOTO
 

 

Tovuz rayonu Əlimərdanlı kənd sakini İftixar Səmədov sentyabrın 19-da qanunsuz ov etdiyinə görə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla onun özünə məxsus müvafiq sənədləri olan Toz-87 markalı tüfənglə Kür çayının rayon ərazisindən keçən hissəsində müvafiq icazəsi olmadan qadağan olunmuş zamanda və məkanda ov etməsi müəyyən olunub.

İ.Səmədov saxlanılıb, ona məxsus ov tüfəngi və ovladığı iki ədəd çöl dovşanı maddi sübut kimi götürülüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

0.87132501602173