Qiymət artımı-səbəblər

Qiymət artımı-səbəblər
 
Neftayırma zavodunun təmiri daha neçə il davam edəcək?
Azərbaycanda dövlətin qiymət siyasətini tənzimləyən bir qurum var, adına Tarif Şurası deyirlər, əslində adı Talançılara Dəstək Şurası olmalıdır. Maraqlıdır ki, hər qiymət artımından sonra bu qurumun ləgv olunması, yaxud da səlahiyyətlərinin başqa qurumlara verilməsi məsələsi gündəmə gəlir. Əslində, Azərbaycan kimi ölkələrdə bu kimi yanaşmanın özü də yanlışdır. Çünki, Tarif​ (Qiymət) Şurası kimdir ki, qiyməti qaldırsın, yaxud aşagı salsın? Tarif Şurası sadəcə olaraq ona​ verilən​ tapşırıqları yerinə yetirir, vəssalam! Bundan artıq səlahiyyətləri də yoxdur, zatən. Son benzinin qiymət artımında əsaslandırma belə oldu ki, Aİ- 95 və Aİ-98 markalı benzinlər​ Azərbaycanda istehsal olunmur və dünyada neftin qiymətində hər hansı bir dəyişiklik baş verəndə, bu ölkəmizə də təsirsiz ötüşmür. Deyək ki, anladiq. Bəs nə üçün hökumət SOCAR-dan soruşmur ki, illərdir təmirdə olan Neftayırma zavodunun təmiri bu qədər uzun çəkdi?​ Necə olur ki,​ SOCAR özünə 300 milyonluq ofis binası tikə bilir,​ Neftayırma zavodunun təmirini isə başa çatdıra bilmir? Demək ki, hökumət də,​ SOCAR-ın​
günahını xalqın cibinə girməklə kompensasiya etmək istəyir. Təkcə​ SOCAR deyil, Azərbaycanda bütün dövlət strukturları, məhz bu yolla xalqı və dövləti talamaqla məşguldurlar. Məmurlardan təşkil olunan Tarif Şurası kimdir ki, suyun, qazın, işıgın, yaxud benzinin qiymətini qaldırsın. Onun səlahiyyətlərini kimə versələr də, heç bir şey dəyişməyəcək.​
SOCAR neftdən, qazdan gələn pulları elə layihələrə xərcləyir ki, onların Azərbaycan xalqının rifahına heç bir müsbət təsiri yoxdur. Həmin layihələrin əsas məqsədi neft pullarını məmurların gəlir mənbəyinə çevirməkdir. Əgər hökumət bunun qarşısını ala bilsə, az bir zamanda xalqın rifahının yüksəlişi üçün mühüm işlər görə bilər. Bunun üçün isə siyasi iradə və istək lazımdır.
 Yusif
0.02905797958374