5 qohum və tanışının evindən oğurluq edən qadın saxlanılıb

5 qohum və tanışının evindən oğurluq edən qadın saxlanılıb
 

Sumqayıt şəhərində evlərdən oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının zərərçəkənlərin müraciətləri əsasında həyata keçirdikləri əməliyyat nəticəsində şəhər sakini Nərminə Məmmədova saxlanılaraq istintaqa təqdim olunub. Onun bu ilin əvvəlindən başlayaraq Sumqayıt şəhərində qohum və tanışlarına məxsus 5 evdən oğurluq etdiyi müəyyən edilib. Həmin şəxs mənzillərdən əsasən pul və qızl-zinət əşyaları oğurlayıb.

Paralel.az

0.015732049942017