Nəqliyyat marşrutlarının bərpası Rusiya ilə Ermənistana yeni imkanlar vəd edir
Paralel.az xəbər verir ki, Rusiya nəqliyyat marşrutlarının bərpasını Ermənistanla ticarət dövriyyəsinin artırılmasına yeni imkanlar yaradacağına ümid edir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistan, Rusiya və Azərbaycanın bölgədəki nəqliyyat, iqtisadi əlaqələrlə bağlı mövqeyindən danışıb. O, jurnalistlərə açıqlamasında deyib ki, üçtərəfli işçi qrupunun iclasları davam edir: “Ardıcıl şəkildə baş tutan yeddinci son görüş avqustun ortalarında Moskvada keçirilib. Bölgədəki iqtisadi və nəqliyyat əlaqələri öhdəliyində olan bütün tərəflər bunun necə ediləcəyi ilə bağlı müzakirələr aparır. Nəqliyyat marşrutlarının bərpası Ermənistanla Rusiya arasında ticarətin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacaq”. Ermənistan baş nazirinin müavini Mger Qriqoryan isə uzun illər nəqliyyat əlaqəsi məsələsində məhdudiyyətlərin olduğunu deyib. Ona görə, əlaqələrin açılmasının iqtisadiyyata müsbət təsir edəcəyi aydın olsa da, konkret rəqəmlərdən danışmaq hələ tezdir.
Nigar