"İkibaşlı qartalın" ikitərəflı oyunu
Rusiya Müdafiə Nazirliyi ötən həftəsonu bəyanat yaydı ki, guya sentyabrın 17-də Şuşa ətrafında Azərbaycan hərbiçilərinin açdığı atəş nəticəsində iki erməni seperatçısı yaralanıb. Halbuki, həmin gün baş verən insidentlə bağlı Rusiya sülhməramlıları ilə Azərbaycan Ordusunun ərazidə xidmət aparan bölmələrinin komandanlığı ilə birlikdə aparilan araşdırmalar nəticəsində məlum olub ki, hadisənin Azərbaycan Ordusuna heç bir aidiyyatı yoxdur. Bu cür birgə gəlinən nəticədən sonra Rusiya Müdafiə Nazirliyinin səhifən məlumat yayması mümkün deyil. Üstəgəl, Rusiya MN hələ də bununla bağlı təkzib verməyib. Bütün bunlar onu göstərir ki, Rusiya tərəfi MN səviyyəsində beynəlxalq ictimayi rəyi monupulyasiya etmək (aldatmaq) üçün bu cür dezinformasiyalardan istifadə edir. Bu cür monupulyasiya hazırda ruslara vacib lazımdır. Ona görə ki, Rusiya digər Minsk qrupu həmsədrləri kimi Qarabağa status verilməsinin tərəfdarıdır. Lakin 10 noyabr razılaşması və onun pərdəarxası siyasi bazarlığı Rusiyanın bunu açıq şəkildə dilə gətirməsinə imkan vermir. Bu səbəbdən də Rusiya vaxtaşırı olaraq analoji dezinformasiyalardan istifadə etməklə rəy yaratmaq istəyir ki, heç də münaqişə, Azərbaycan Prezidentinin dediyi kimi, başa çatmayıb - "Dağlıq Qarabağ" var, yaşayır, hətta, müqavimət göstərir, vaxtaşırı silahlı insidentlər baş verir və münaqişə ocağı aktivdir. Bu vəziyyət isə bölgədə sülhməramlıların hələ uzun müddət qalmasına və Minsk qrupunun yenidən dirçəldilməsinə zəmin yaradır. Başqa sözlə desək, Rusiya uzun müddət bölgədə qalmaq və Minisk qrupunu yenidən "diriltmək" üçün siyasi albi toplamaqla məşğuldur.
Azərbaycan tərəfi isə məsələyə səhvən bir qədər loyal yanaşaraq, zaman itirir, hərəkətləri və hərəkətsizliyi ilə rəqiblərinin əlinin güclənməsinə şərait yaradır. Azərbaycan tərəfi bu cür təxribatlara sərt reaksiya verməli və Rusiyadan öhtəliyklərini yerinə yetirmək barədə hesabat tələb etməlidir.
Digər tərəfdən isə Rusiya Türkiyənin bölgədə güclənməsindən ehtiyatlanır, Ankaranın Ukrayna və Azərbaycana yönəlik siyasəti Moskvanı qəzəbləndirir. Rusiya indi dlema qarşısında qalıb. O Qafqaz mənafelərini ya Türkiyə, ya da ATƏT-in Minsk qrupu ölkələri ilə bölüşmlidir. Qafqazda Türkiyə ilə mənafe bölüşdürmək Rusiyaya sərf etmir. Ona görə ki, Rusiya Türkiyə ilə mənafe bölüşməklə NATO-nu sərhədlərinə qədər buraxmış olur, digər tərəfdən, Ukraynada və Suriyada bu iki ölkənin maraqları toqquşur. Minisk qrupu ölkələri ilə Rusiya o qədər də rəvan münasibətlərə malik olmasa da, Qafqaz Moskvanvn Papris və Vaşinqtonla mənafelərini bölüşdürülməsi onların Qafqazda hərbi varlığına gətirib çıxarmır. Bu məqam Rusiyanı iki pis variant arasında Minisk qrupunu seçməyə vadar edir. Minusk qrupunun tərəfdaş kimi seçilməsində də Rusiyanın özəl qayğıları var. Bu seçımi uğurla başa gətirmək üçün Moskva Bakını Minsk qrupunun münaqişənın qalan hissəsini vasitəçi kimi çözməyə razı salmalıdır. Azərbaycan buna razılaşsa, Minsk qrupunu yenidən vasitəçi kimi tanısa, bu öz mənafeyini Rusyanın mənafelərinə qurban verməkdən başqa bir şey olmayacaq. Odur ki, Azərbaycan hökuməti heç bir vəcdlə Minsk qrupunu yenidən münaqişənin çözülməsində vasitəçi kimi tanımamalı, bütün məsələləri Türkiyə ilə koordinasiyalı şəkildə həll etməyə üstünlük verməlidir.
Akif Nəsirli