1964-cü il təvəllüdlü kişi yıxılaraq ölüb
Samuxda bədbəxt hadisə baş verib.
Məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.
1964-cü il təvəllüdlü Rəhimov Ədil Adıl həyəti suvarmaq üçün su açan zaman yıxılıb. Xəstəxanaya aparılan 57 yaşlı kişinin öldüyü məlum olub.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
İlkin məlumata görə, mərhum ürək tutmasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır
Paralel.az