Bakıda səkinin üstündəki “lyuk” təhlükəyə çevrilib - FOTO

Bakıda səkinin üstündəki “lyuk” təhlükəyə çevrilib - FOTO
 

 

Bakıda yol kənarında kanalizasiya lyukunun üzərindəki boşluq səkinin üzərində hərəkət edənlər üçün problemə çevrilib.

Paralel.az xəbər verir ki, söhbət paytaxtın Səbail rayonu, Puşkin küçəsində piyadaların hərəkətinə maneə törədən problemdən gedir.

Belə ki, kanalizasiya lyukunun qapağının səkiyə döşənmiş daş örtüyünün səviyyəsindən xeyli aşağı olması, xüsusən, axşam saatlarında piyadalar üçün təhlükə mənbəyinə çevrilib.

Səkinin üzərində kanalizasiya lyukunun yerləşdiyi hissədə yaranmış boşluğa görə, sakinlər buradan keçən zaman yıxılma və xəsarət alma təhlükəsi ilə üzləşirlər.

Qeyd edək ki, paytaxtın küçə və prospektlərində dəfələrlə buna oxşar problemlərə rast gəlinib. Analoji problemlər daha çox lyuk, səki və piyada keçidləri ilə bağlı olub.

 

0.69439005851746