Guya ömrünün 38 ilini Meliorasiyaya həsr edib. Əslində isə ...
Rafiq Aslanovun “kitab” şantajı...- Rafiq Aslanov meliorasiyanın son 30 illik tarixini öz adına bağlayır...
Guya Rafiq Aslanov olmasa, su-meliorasiya çökə bilər..
Dünyada hər cürə sabotaj, şantaj metodları eşitmişik. Ancaq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanovun şantajı barədə eşidəndə düzü çox təəccübləndik. Özü də başqa nə iləsə yox, məhz kitabla şantaj etmək.
Bu adam əməlli-başlı arxiv materialları toplayıb, üzərində işləyib, korrektələr edib, kimlərisə iqnor edib və sonda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) son onilliklər tarixi barədə şanlı “dastan” yaradıb. Dastanın da qəhrəmanı kim olsa yaxşıdır ?
Bəli, adam barəsində başqaları yazar, tərif edər. Rafiq Aslanov isə utanıb-qızarmadan ASC-nin son 30 ildə gördüyü müsbət işləri öz adına çıxır, digər rəhbər şəxsləri isə “arxa plana” keçirir. Belə demək mümkündürsə, sənədli-sübutlu, “dokumentalnı” film yaradır.
Məlumat üçün bildirək ki, Rafiq Aslanov 1984-1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib, 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb və 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.
Yəni Rafiq Aslanov ömrünün 38 ilini Meliorasiyaya həsr edib. Əslində meliorasiyaya deyil, öz cibinə, öz ailəsinə, oğluna həsr edib.
Adamın özünü ailəsinə, övladlarına həsr etməsi əslində pis cəhət deyil. Amma xalqdan, dövlətdən oğurladıqları hesabına yox də.
Bəli, Rafiq Aslanov hazırladığı cild-cild kitabları az qalır adamların gözünə soxa. Ki, baxın görün, mən son 20-30 ildə meliorasiya sistemində nə qədər işlər görmüşəm.
Bu adam keçmiş sədri Əhməd Əhmədzadənin və digər xidməti olan şəxslərin heç quru adını da çəkmir. Və hər yerdə deyir ki, Əhməd Əhmədzadənin zamanında da ASC-nin bütün yükü mənim çiynimdə idi, guya qalanları papağını günə yandırırmış.
Ay səni, Rafiq Aslanov. Deməli, deyirsən ki, özünü meliorasiyaya həsr etmisən. Yaxşı, əgər özünü vicdanla ASC-yə həsr etmisənsə, bəs Londondakı evlər, mülklər, qurduğun biznes nəyin hesabına yaranıb.
Bəs, Türkiyədəki otelləri hansı pulla almısan ?
Bəs, oğlunun bahalı avtomobil kolleksiyası nəyin hesabınadır ?
Avtomobillərin nömrələri də ASLANOV soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb.
Yaxşı, paytaxtda-Nəsib Bəy Yusifbəyli küçəsi 100 ünvanda-yüksəkmərtəbəli, dəyəri milyonlar olan binanı necə almısan ?
Bəs, Qubanın Qəçrəş kəndində böyük istirahət mərkəzini və daha nələri hansı pulla tikdirmisən ?
Siyahını uzatmaq olar ee, ehtiyac görmürük.
Bəli, Rafiq Aslanov indi də dilini dinc saxlamır.
Deyir ki, ASC-nin təzə rəhbəri bu sahəyə nabələd adamdır, mənim təcrübəmdən istifadə edir, bütün işləri yuxarılar mənə etibar edib.
Bir sözlə, Rafiq Aslanov öz personasını əməlli-başlı reklam edir. Guya ki, meliorasiya sistemində ən vacib adamdır və onsuz bu sistem çökə bilər.
Hətta , arada, Ömər Xəyyamdan da sitat gətirir:
Mənsiz də dünyanın işi, daha doğrusu, ASC-nin işi keçərmi ?
Vay səni, Rafiq Aslanov.
Hələ arada Rafiq Aslanov yaxınlarına yekə-yekə deyir ki, məni də həbs etmək istəyirdilər, “kitablarımı” görəndən sonra qədir-qiymətimi bildilər. Adam özündən bu qədərmi razı olarmış...
Gundelik-Bakı olaraq biz də Rafiq Aslanovun əlimizdə olan “kitabları” ilə bağlı növbəti sayımızdan başlayaraq “hissə”lər dərc edəcəyik. Qoy, xalq və ən əsası yuxarılar Rafiq Aslanovu daha yaxından tanısın. Hazır ol, Rafiq Aslanov.
P.S Rafiq müəllim domino oyununda neçə xal var bilirsən? Bilmirsənsə naparnikin olan dostundan soruş.

Paralel.az