Əmək haqqı kartları idarə rəisinin cibində olub, özləri isə işə gəlməyiblər...

Əmək haqqı kartları idarə rəisinin cibində olub, özləri isə işə gəlməyiblər...
 

Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarələrində nələr baş verir ? - İdarə rəislərini Rövşən Pənahovun aqibəti gözləyir…

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC)  böyük strukturlarından biri də, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı  idarələridir. 
Məlumat üçün qeyd edək ki, ASC-nin tabeçiliyində aşağıdakı  Qış otlaqlarının su təminatı sistemlərinin istismarı  idarələri var:
1. Acınohur - rəis  Məmmədəli Qədir oğlu Məmmədov oğlu, Şəkidə yerləşir, 
2. Bozdağ - rəis Məmmədəli Novruz oğlu Yusifov, Mingəçevir şəhərinsdə yerləşir,
3. Ceyrançöl - rəis  Nizami Aslan oğlu Vəliyev, Tovuzda yerləşir,
4. Qobustan – rəis  Mirkamil Miriş oğlu Seyidov, Abşeron, Xırdalanda yerləşir,
5. Pirsaat, rəis  Mafizəd İltizam oğlu Cəfərov, Hacıqabulda  yerləşir 
6. Şirvan, rəis  Nazim Soltan oğlu Əliyev, Kürdəmirdə yerləşir.
Məlumat  üçün qeyd edək ki, bu idarələrin işi  qış otlaqları massivində xırda və iri buynuzlu mal-qaranın su təminatını həyata keçirməkdən ibarətdir. 
Respublikamızda 1956-cı ildən etibarən planlı surətdə qış otlaq sahələrinin su ilə təmin edilməsi məqsədilə geniş miqyaslı işlərin həyata keçirilməsinə başlanılmışdır. Son on illiklərdə  1105000 hektar qış otlaq sahələrində su təminatı sistemlərinin layihələndirilməsi, tikintisi və yenidən qurulması işləri həyata keçirilmişdir. 
Bu idarələrin və idarə rəislərinin rüşvətxorluğu, qurumu ailə podratına çevirməsi, korrupsiya halları barədə dolğun təsəvvür əldə etmək üçün sabiq rəislərdən birinin əməllərinə nəzər salaq. Heç nə dəyişmədən həmin əməlləri yuxarıda sadaladığımız  6 idarəyə də aid etmək olar. 
Söhbət  Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin sabiq müdiri Rövşən Pənahovun cinayət əməllərindən gedir. 
Hazırda  Rövşən Pənahovla bağlı cinayıt  işi üzrə ibtidai istintaq başa çatıb.
Qeyd edək ki, Rövşən Pənahova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 311.3.2 ( təkrar rüşvətalma) və 311.3.3-cü maddələri ilə (külli miqdarda rüşvətalma) cinayət işi başlanıb.
Təsəvvür edirsiniz, uzun illər Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsində xeyli sayda işçilər əmək stajı hesablanmaqla işə gəlməyiblər. Əmək haqqı kartları isə idarə rəisinin cibində olub. 
Və rəisi “ölü canlar”ların hesabına  on miləri qazanıb. 
Ümumiyyətlə, bu idarələrin çoxunda  cinayət əməlləri oxşardır. 
Məsələn, yuxarıda qeyd etdiyimiz  idarələrin çoxunda eyni korrupsiya mexanizmi var. 
Belə ki, idarə rəisləri  idarənin balansında olan nəqliyyat vasitələrinin xidməti istifadəsi üçün verilən yanacağın xeyli hissəsini  kənar  yanacaq doldurma məntəqəsinə sataraq  100 minlər qazanırlar. Yəni idarələrin əksəriyyəti dövlətin ayırdığı yanacağı  satmaqla məşğuldur. 
Başqa bir korrupsiya və rüşvət mənbəyi. 
Yuxarıda qeyd etdiyimiz  idarələrin hər biri idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə edirlər. 
Yəni texnikanı  köhnəlmiş kimi “spisat”  edirlər və baha  qiymətə sahibkarlara, iş adamlarına satırlar. 
Hansı ki, həmin avadanlıqların alınması üçün dövlət külli miqdarda vəsait ayırmışdı. 
Bu idarələr  balansda olan transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsini mənimsəyirlər. 
ASC-nin tabeçiliyində olan bu idarələr qış otlaqlarına su vermək əvəzinə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır və iş görmək əvəzinə  pulları  nağdlaşdırırlar. 
Bu rüşvət mexanizmini  sürtkü yağlarına, vətəndaşların əkin sahələrinə rüşvət müqabilində verilən sulara və s aid etmək olar. 
İdarələrə məxsus traktorlar, maşınlar, avadanlıqlar  yerli sahibkarların  şəxsi təsərrüfatında istismar olunur. Yəni bu idarələrin  rəisləri dövlətin avadanlıqlarını öz dədə-baba əmlakı kimi  arendaya-icarəyə verir və milyonlar qazanırlar. 
Əbəs yerə deyil ki, bu gün haqqında cinayət işi qaldırılmış Rövşən Pənahovun  adı ən varlı məmurların siyahısında çəkilir. 
Sözün qısası, sabiq rəis  Rövşən Pənahov barəsində sadaladığımız  cinayət əməllərini eyni ilə, hətta artıqlaması ilə Acınohur, Bozdağ, Ceyrançöl, Qobustan,  Pirsaat, Şirvan  İdarələrinə aid etmək olar. Yəqin ki, bu idarələrin rəislərini də Rövşən Pənahovun aqibəti gözləyir.
 
Paralel.az
0.059217929840088