"EŞŞƏKARISI" UYDURMASI İLƏ ÖRT-BASDIR ETMƏ ƏMƏLİYYATI"
 

 
 
 
İdris müəllim yazır: “Dilçilik İnstitutunda baş verən bu günkü insidenti gizlətməyə çalışan direktor belə bir şey uydurub ki, guya müəssisədəki tükürpədici fəryadlara, qarşılıqlı təhqirlərə, işçi qadının bayılmasına və təcili tibbi müdaxiləyə ehtiyacın yaranmasına dəhlizdə dövrə vuran EŞŞƏKARISI səbəb olub. Guya eşşəkarısından qorxan xanım işçi qandonduran səslə qışqırıb və bayılıb. Utanmazlıq buna deyərlər. Deyəndə ki, bunlar yalan uydurub dövlətdən pul yeməklə məşğuldurlar, fakta inanan az olurdu. Deyirəm, çıxarmadıqları hoqqa qalmadı. Elmi-tədqiqat institutundan əsər-əlamət qalmayıb. Heç olmasa, bir dəfə də olsa, ictimaiyyətə düzgün məlumat verin! Axı orada eşşəkarısı olmayıb!”
 
Paralel.az
0.027367115020752