Məktəbəqədər təhsildə vəziyyət...
Bu sahədə nə üçün pulgir sahibkarlar «at oynadır»?
Paralel.az xəbər verir ki,«Uşaqlar bizim gələcəyimizdir», dövlət məmurlarının uşaqlardan söz düşəndə ən çox işlətdiyi ifadələrdən biri də budur. Amma Azərbaycan cəmiyyətində bu ifadə özünü dogruldurmu? Yox,əsla yox! Çünki uşaqlara qaygı onların həyata ilk addımlarını atdıgı andan başlamalıdır. Uşaqların böyük əksəriyyəti isə həyata ilk addımlarını bagçada (məktəbəqədər təhsil müəssiəsində) atır. Bir neçə il əvvəl belə bir qanun qəbul olunmuşdu ki, məktəb yaşına çatmayan uşaqlar ilk əvvəl bagçalarda hazırlıq keçməli, daha sonra məktəbə getməlidirlər. Amma heç kim arayıb-araşdırmadı ki, Bakıda fəaliyyət göstərən (mən hələ bölgələri demirəm) məktəbəqədər təhsil müəssisələrində vəziyyət necədir?
Mən sizə deyim. Hamının başı qarışıb məktəblərə, bagçalar da qalıb Allahın ümidinə. Vallahi, Allahın ümidinə qalsaydı, bu qədər narahatlıgımız olmazdı. Uşaqlarımızın gələcəyi qalıb, acgöz sahibkarların ümidinə. Bəzi işbazlar bu sahəni də çeviriblər biznesə. Hardasa bir hündür mərtəbəli bina tikilir, hansısa, pullu məmur-sahibkar onun birinci mərtəbəsini alıb edir bagça. Bu bagçalarda isə qəbul haqqı ən yaxşı halda 500-1000 manatdan başlayır. Aylıq da ki, 200-500 manat. Mən təhsil başbilənlərindən soruşuram, Azərbaycanda minimum əmək haqqı və pensiya 200-250 manat oldugu halda, bu qiymətləri hansı meyyarlara görə müəyyənləşdirirlər? Lap deyək ki ,valideyn orta əmək haqqı (700-800 manat) alır və iki uşagı bagçaya getməlidir. O iki uşaq üçün 1000 manat necə ödəsin?
Mən anlamaga çalışıram ki, bazar iqtisadiyyatı zamanı hər şeyi tələb və təklif həll edir. Amma kasıbın əməyinə 300-400 manatdan artıq dəyər verməyən sahibkar, onun uşagına baxmaq üçün nədən 500 manat tələb edir? Nə üçün gələcəyimiz olan uşaqların taleyini sahibkarların acgözlüyünə qurban veririk?
Mən dövlət bagçalarından, ümumiyyətlə danışmaq istəmirəm. Çünki həmin bagçalar da, digər bagçalardan heç nə ilə fərqlənmirlər. Qəbul üçün pul (daha dogrusu rüşvət) aylıq pulu və s., və i. Bunu kiməsə deyəndə isə məlum olur ki, sən demə, dünən səndən rüşvət tələb edən (əslində dilənən) bagça müdiri «Seyid-Peygəmbər» övladıdır, rüşvətin nə oldugunu da, əsla bilməz. Qalırsan çar-naçar.
Bu da bir aksiomdur ki, Azərbaycan kimi məmləkətlərdə rüşvət faktını kiməsə sübut etmək, əsla mümkün deyil. Çünki burada rüşvəti ancaq o kəslər almır ki, ona rüşvət vermirlər. Sadə bir misal, vətəndaş şikayət edir ki, filan bagçada uşaq yerləşdirmək üçün məndən pul istədilər. Şikayəti qəbul edən qurundan kimsə gedir, müdiri «görür» və vətəndaşa bu məznunda bir cavab göndərir,»Faktlar təsdiqini tapmadı», vəssalam! Bunun da adı olur rüşvət və korrupsiyaya qarşı mübarizə. Vətəndaşa da, məhz buna görə, açıqca deyirlər ki,»get, hara istəyirsən şikayət et».
Yusif Seyid