«Manatlıq» taksilər DYP-ni hövsələdən çıxardı

«Manatlıq» taksilər DYP-ni hövsələdən çıxardı
 
Dövlət Yol Polisi xəbərdarlıq etdi
 
Paralel.az xəbər verir ki, artıq, Dövlət Yol Polisinin də səbri tükəndi. DYP idarəsi heç cür ipə-sapa yatmayan «manatlıq» taksi sürücülərinə xəbərdarlıq etdi. Amma çox maraqlıdır, bu xəbərdarlıga əməl olunacaqmı? Bizdə, adətən gözəl qanunlar, qaydalar, qərarlar qəbul olunur, tövsiyyələr verilir, xəbərdarlıqlar edilir, amma onlara heç kim əməl etmir. Ölkəmizdə korona virus pandimeyasının davam etməsi səbəbindən həftəsonu  ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətlər  bütün taksilərin, ələlxüsus da, «manatlıq» taksilərin bütün qanuni, mənəvi əndazələri aşmasına gətirib çıxardı. Ən maraqlısı  isə odur ki, onlar nə Dövlət Yol Polisi Xidməti əməkdaşlarına, nə də BNA (Bakı Nəqliyyat Agentliyi) nəzarətçilərinə belə məhəl qoymurlar. Belə bir təəsurat yaranır ki, həmin «manatlıq» taksilərin havadarı o qədər güclüdür ki, ona nə DYP-nin, nə də BNA-nin gücü çatmır. Taksi sürücüləri də, buna arxayın olaraq, «haqqımızı vermişik, necə istəyirik elə də işləyirik», deyərək həm sərnişinlərin, həm də DYP əməkdaşlarının əsəbləri ilə oynayırlar. İnanmaq istərdik ki, DYP-nin bu xəbərdarlıgı onların əl-ayagını bir qədər də olsa yıgışdıracaq.
 
0.020705938339233