Ermənilər İran maşınlarını Görüş-Qafan yolunda niyə saxladı?

Ermənilər İran maşınlarını Görüş-Qafan yolunda niyə saxladı?
 

İlham İsmayıl: "İran maşınlarının yol vərəqələrində təyinat nöqtəsi kimi birbaşa "Ermənistan-Stepanakert" yazılıb"

Paralel.az xəbər verir ki, dünəndən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Gorus-Qafan yolunu İranın yük maşınları üçün müvəqqəti olaraq bağlayıb.
Yük maşınlarının sürücülərinin Azərbaycan tərəfinə ödəməyə pullarının olmadığı qeyd olunub. Qafan-Gorus yolunda qalan yük maşınlarının sürücüləri Azərbaycan postundan gömrük rüsumu tələb olunduğuna görə yolu bağlamaqla təhdid ediblər.
İran maşınlarının Görüş-Qafan yolunda Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən müvəqqəti olaraq saxlanmasının səbəblərinə gəldikdə, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, bu birinci növbədə yolda yaranan tıxaclarla bağlıdır: "İkincisi isə İran maşınlarının yol vərəqələrində təyinat nöqtəsi kimi birbaşa "Ermənistan-Stepanakert" yazılıb. Bu isə haqlı olaraq Azərbaycan tərəfinin qıcıqlanmasına səbəb olur. Ona görə də ermənilər çox güman ki, Azərbaycan sərhədinə daxil olmazdan əvvəl İran maşınlarının yükünü öz maşınlarına boşalacaq. Çox təəssüf ki, erməni nömrəli maşınlar Laçın dəhlizi ilə sərbəst hərəkət edə bilir. Bu yolla Ermənistan sözügedən problemi aradan qaldırmağa çalışır".
Akif Nəsirli

0.052430868148804