Xəzərdə təlimlər Tehran və Moskvanın kürkünə birə salıb
Paralel.az xəbər verir ki, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Xəzər dənizinin Azərbaycan sektorunda birgə təlimlər keçməsi Rusiya və İranı ciddi narahat edib. İran rəsmiləri bunu açıq şəkildə dilə gətirdi. Amma Rusiya Xarici İşlər Nazirliyinin mövqeli yenə diplomatik tərzdə izhar edildi: "Xəzər dənizində Azərbaycan-Türkiyə birgə təlimləri ilə bağlı Rusiya öz mövqeyini Azərbaycan tərəfinə çatdırıb". Detallar barədə isə məlumat verilmir. Əslində bu mövqein detalları o qədər də qaranlıq deyil. Çünki Rusiya sözdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin inkişaf etməsinə loyal mövqe nümayiş etdirsə də, bu rəsmi Moskvanin da ürəyincə deyil.
Birincisi, Qafqazda güclü dövlət Rusiya üçün arzuolunmaz hadisədir. İkincisi, bu gûclü dövlətin Azərbaycan və Türkiyə ilə birlikdə olması, ümumiyyətlə, Rusiyanın strateji hədəflərinə ziddir. Digər tərəfdən, Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi dolayısı ilə NATO-nun Qafqaza - birbaşa Rusiya sərhədlərinə gəlib çıxması deməkdir. Bunu isə Rusiya özünə təhdid kimi qəbul edir.
Yuxarıda qeyd etdiyimiz səbəblərdən son günlər Rusiya və İran Azərbaycanla intensiv danışıqlar aparır.
Belədə isə Xəzər dənizinin statusu artıq müəyyən edilib, Azərbaycan öz sektorunda istənilən ölkəsi ilə birgə hərbi təlimlər keçirə bilər. Bu beynəlxalq hüqüq normalarına tam olaraq uyğundur.
Akif Nəsirli