100 manatımız çatmır
Yox əziz oxucu, dərhal nəticə çıxarmayın ki, söhbət hansısa imkansız xəstəyə, yaxud kasıba yardım etməkdən gedəcək. Əksinə, pulları çatmayanlar paytaxtın 2-ci Alatava qəsəbəsindəki bir məhlənin dövlət qurumuna yardım etmək istəyən sakinləridir. İki illik mücadilə, çoxsaylı şikayətlərdən sonra ( bununla bağlı saytımızda da bir neçə dəfə yazı gedib) nəhayət ki, tükü tərpənən “Azərsu” ASC-nin rəhbərliyi cəmi 3 metr uzunluğu olan su borusunda apardığı “çivçalma əməliyyatına” son verərək onu dəyişmək qərarına gəldi. Və dəyişdi də. Əlbəttə sakinlər bapbalaca “hörmət” etdilər. Amma təbii olararaq qazıntıdan sonra onsuz da pis vəziyyətdə olan yol daha da bərbad duruma düşdü. Təmir işlərinə rəhbərlik edən, adını çəkmək istəmədiyim cənab təmirdən sonrakı mənzərinin ürəkaçan olmadığını görüb öz yardımın təklif etdi: 300 manat yığın bura asfalt tökək. Məhləsinin təmiz olmasını arzulayan sakinlər də təkliflə razılaşdı. Sakinlər qərara gəlir ki, bir haldakı asfalt olacaq ərazini bir az genişləndirsin. Niyyətlərin cənaba da deyirlər. Cənabda ölçür-biçir, 100 m.2 və hər kvadrat metr asfalt üçün 9 manat, toplamda 900 manat verin istəyinizi yerinə yetirək. Vəddən sonra əraziyə yarım maşın çınqıl tökülür, içi köhnə ayaqqabıdan tutmuş çeşidli zibillə dolu. Çınqılı yaymaq işini bu sətirlərin müəllifi də daxil sakinlər özləri icra edib. Ancaq ha çalışsalar da tələb olunan 900 manatı yığmaq mümkün olmur. Sakinlərin topladığı 800 manatdır. Ancaq Cənab iki ayağın bir başmağa dirəyib ki, 900 manat olmasa işi icra olunmayacaq, su borusunun təmirindən artıq 5 gün keçsə də problem çözülməmiş qalır. Zatən imkansız olan məhlə sakinlərinin isə əlavə pul verməyə gücləri çatmır, ancaq məhləsin abad görmək istəyi də sakinləri rahat buraxmır. Deyirlər ki, bəlkə çatmayan o 100 manatı da elə büdcədən maliyyələşən “Azərsu” ASC ödəsin.
Sonda vacib bir qeyd: Maliyyə Nazirliyinin müvafiq idarəsi nə vaxtsa “Azərsu”da yoxlama aparsa qeyd edilən ünvandakı təmir işlərinə aid sənədləri araşdırarkən nəzərə alsın bu iş üçün cəmi 3 metr uzunluqda kiçik diametrli dəmir boru, yarım maşın “otxod” çınqıl sərf olunub və sonucunu sakinlər özləri yayıblar. Vəd edilən asfalt isə bir maşın olacaq.
Səma