“Metafizika” jurnlı  “elibrary.ru” saytının bazasına daxil edilib

“Metafizika” jurnlı  “elibrary.ru” saytının bazasına daxil edilib
 

“Metafizika” fəlsəfi və fənlərarası araşdırmalar jurnalı Rusiyanın “elibrary.ru” saytının bazasına daxil edilib.

Bununla əlaqədar jurnalın redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Təhsil şöbəsinin müdiri, dosent, doktor, Ələddin Məlikovun müsahibəsini təqdim edirik.

– Hörmətli Ələddin müəllim! Aldığımız məlumata əsasən, sizin redaktorluğunuz ilə nəşr edilən beynəlxalq “Metafizika” fəlsəfi və fənlərarası araşdırmalar jurnalı beynəlxalq elmi bazaya daxil edilib. Bu barədə ətraflı məlumat verməyi xahiş edirik. 

– Mən də sizi salamlayır və müasir mediada özünəməxsus mövqeyə malik rezonans.az saytına daim maraqlı xəbərlər və mövzuları işıqlandırdığı üçün təşəkkür edirəm. 

2018-ci ildən nəşr edilən beynəlxalq “Metafizika” fəlsəfi və fənlərarası araşdırmalar jurnalıildə dörd dəfə nəşr edilir. Altı dildə məqalələrin yer aldığı jurnalın redaksiya heyətində yerli ziyalılarımızla yanaşı ABŞ, Vatikan, Türkiyə, İran, Gürcüstan, Ukrayna alimləri təmsil olunur.

Məqalələrin nəşrində Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları, Azərbaycan Respublikası Prezidenti vəNazirlər Kabinetinin qərar və sərəncamları və jurnalın nizamnaməsinə riayət edilir. 

Jurnalın məqsədi – orijinal və daha əvvəl heç bir nəşrdə dərc edilməmiş fənlərarası araşdırmaların nəticələrini çap etmək, Azərbaycan elmi, təhsili və maarifçiliyini təbliğ edərək ictimai müzakirəyə səbəb olmaq, yerli və xarici alimlərlə elmi əlaqələri genişləndirməkdir. 

Jurnalda ictimai, humanitar və sosial elmlərin (fəlsəfə, sosiologiya, tarix, arxeologiya, etnoqrafiya, filologiya, hüquq və d.) müxtəlif istiqamətləri üzrə məqalələr nəşr edilir. Jurnala 4 elmi istiqamət daxildir: “Fəlsəfə, sosiologiya və psixologiya”, “Tarix, arxeologiya və antropologiya”, “Filologiya və pedaqogika” və “Hüquq və siyasi elmlər”. 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyyə etdiyi elmi nəşrlər sırasında olan “Metafizika” jurnalı bir sıra elektron resurslara (www.academia.eduwww.sid.irwww.issn.org; copernicus; wikipedia; wikimedia) və sosial şəbəkələrə (facebook.com; instagram.com) daxil edilsə də,təbliği məqsədilə digər nüfuzlu beynəlxalq elektron bazalara daxil edilməsi işi davam etdirilir. 

Son çalışmalara əsasən “Metafizika” jurnalı Rusiya Federasiyasının təmsil etdiyi nüfuzlu elektron bazaya – https://elibrary.ru (научная электронная библиотека) – elmi elektron kitabxanasına daxil edilib. Qeyd edilən bazanın redaktoru ilə imzalanan müqavilədə gələcək əməkdaşlıq haqqında qeydlər əksini tapıb. Məhz belə çalışmalarımız jurnalın beynəlxalq səviyyədə tanınmasını təmin edir.

– Jurnala təqdim olunan məqalələr hansı elmi qiymətləndirməyə əsasən nəşr edilir?

– Jurnalın redaksiya siyasətinə əsasən, göndərilən məqalə və ya əlyazmalar “ikili rəy” metoduna, həmçinin xarici alimlərin rəylərinə əsasən dəyərləndirilir. Beynəlxalq bazalarda “ORCID” indeksinə malik olan tanınmış yerli və xarici ekspertlər jurnalın redaksiya heyəti üzvləri ilə əməkdaşlıq edirlər.

– Gənc tədqiqatçılar da jurnala məqalə təqdim edə bilərlərmi?

– Bəli. “Metafizika” jurnalında yalnız tanınmışalimlərin deyil, həm də respublikamızın və xarici ölkələrin bir sıra ali tədris müəssisələrinin tələbələrinin məqalələri də çap edilir. 

– Jurnalın gələcək perspektivləri haqqında fikirlərinizi bilmək istərdik.

– Yerli və xarici tədqiqatçılar arasında fikir mübadiləsi və elmi əməkdaşlığı genişləndirmək məqsədilə jurnala tanınmış yerli və xarici müəllifləri cəlb etmək, məqalələrin səviyyəsi və keyfiyyətini artırmaq, tədqiqatlardakı nəticələri sistemləşdirmək, onları məqsdəyönlü şəkildə vahid istiqamətə yönəltmək və yekunda milli və beynəlxalq mühitdə uğurlu nailiyyətlər əldə etmək “Metafizika” jurnalının vəzifələri sırasındadır. Həmçinin jurnaldakı elmi məqalələrə Azərbaycanda və beynəlxalq aləmdə sərbəst və tam elektron giriş əldə etmək, beynəlxalq məlumat mənbələrinə daxil edilmə, jurnalın impakt faktorunu artırma jurnalın başlıca qayələri sırasındadır. 

– Jurnaldakı məqalələri hansı linkdən yükləmək mümkündür?

– Kommunikativ sahəni yüksəltmək, mövcud biliyi artırmaq, həmçinin elmi ictimaiyyətlə vətəndaşlar arasında dialoq, məqalələlərə əlçatanlığın kütləvi olması, fikir mübadiləsini genişləndirmək və məlumatları asan əldə etmək məqsədilə jurnalın məqalələri sərbəst şəkildə “https://metafizikajurnali.az” linkində yerləşdirilmişdir.

– Maraqlı müsahibəyə görə təşəkkür edirik və sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.

– Aktual mövzulara diqqət ayırdığınız üçün mən də sizə təşəkkür edirəm. 

 

    Aygün Məmmədova

   Paralel.az

0.016753911972046