Jurnalistin qanuni torpağına göz dikən və ev tikilməsinə problem yaradan kimdir?
27 Iyul 2021ci il tarixdə qanuni şəkildə notarius qaydası ilə Agstafa rayonu Vurğun qəsəbəsindən Qurbanova Əminə Əliyullah qızına məxsus 6sot torpaq sahəsini alqı-satqı yoluyla almışam.
Alan gündən yaxın qonşu olan Arıxov Afiq Tofiq oğlu və onun xanımı Arixova Rəqsanə tərəfindən mübahisə yaradılıb.
Torpaqda əyrilik olduğundan 50sm yola çıxmaq üçün qonşudan xahiş etsəmdə qonşu mübahisə yaradaraq Ağstafa rayon Vurğun qəsəbə bələdiyyəsinə şikayət etmişdir.
Əsassız şikayətinə baxmayaraq
Tofiq oğlu və xanımı qanunsuz dövlətin yol üçün nəzərdə tutduğu əraziyə qanunsuz olaraq kanalizasiya xəttini çıxarmış bu azmış kimi öz yaşadığı evin önünü beton tökməklə yolun yarısını zəbt edərək yolun gediş gəlişinə maneçilik törədəcəq qədər uzatmışdır.
Mən isə tikintidə və torpağın düzgün olmamasından məcbur qalıb 50sm evin bir küncünün yol xətdinə çıxması üçün xahiş etsəmdə yenidən mübahisə yaradaraq bələdiyyəyə öz etirazını bildirib.
Bələdiyyə həmin əraziyə gəlib baxış keçirən zaman qeyd edərək məlum olmuşdur ki, mənə məxsus qanuni 2sot xüsusi torpaq mülkündən başqa zəbt torpağı vardır.
Azərbaycan qanunlarına tabe olan və əməl edən bir vətəndaş kimi qanundan kənar bir iş görmədiyimi bildirsəm də Həbilman adlı yaşlı kişi mənə mən razı olmayacağını etiraz edib.
Qeyd etmək istəyirəm ki, Həbilman kişinin cəmi 18sot qanuni torpağı var, 5sotda zəbt torpağı ona azlıq edirmiş kimi mənə məxsus olan 2sot torpağı hansı haqq-ədalət və qanunla mənimsəmək istəyir.
Ağstafa rayon Icra Hakimiyyətində olaraq, icra başçısı cənab Seymur Orucovun müavinindən dəstək göstərilməsini xahiş etmişəm.
Lakin mübahisə yaradan qonşulardan Arıxova Rəqsanə bütün qohum əqrabasıyla birlikdə Icra Hakimiyyətinə gələrək əsassız qərəzli şəkildə iki dünya bir olsada mənə 1sm da yola çıxmağa icazə verməyəcəyini kəskin şəkildə bildimişdir.
Icra Hakimiyyətinə müharibə iştirakçısı başından güllə yarası almışam deyərək hay-küy salan dayısı oğlunu belə göndərmişdir.
Bununla əlaqədar Ağstafa rayon polis şöbəsinin növbətçi hissəsinə və sahə polisinə zəng edərək mövcud problemimi bildirdim ancaq əfsuslar olsun ki, maraqlanan olmadı.
Vurğun Qəsəbə bələdiyyəsi mənə bildirmişdir ki, mən bacarmıram mübahisə yaradan sakinlərlə odur ki necə bilirsən et.
Onda günahkar kimdir? əsl mülkiyyətin sahibi? yoxsa qəsdən münaqişə yaratmağa çalışan sakinlər.
Maraqlısı odur ki, 50sm yola çıxmağa icazə verməyən bələdiyyə və aidiyyatı qurumlar Arıxov Afiq və onun hay-küy yardan xanımına niyə heç bir təzyiq etməyiblər? Arıxova Rəqsanə özünü benzin töküb yandırmaqla qorxudur. Hələ qohumlarını icra hakimiyyətinə səfərbər edib.
Biri deyir başım kantuzyalıdır müharibədə güllə almışam başımdan qardaşıda Icra başçısının müavini ilə yaxın olduğunu deyir mən isə vəzifəli şəxslərlə münasibətim olmadığından problemlərin öz həllin tapmır.
Bir tərəfdən Əhliman kişi tərəfdən də Afiq və xanımı öldürməklə kəsməklə qohum qardaşlarınin qolu qüvvətlidi gəlib mənə problem yaradacağını dilə gətirib hədələyirlər.
Belə çıxır ki, kiminsə qolu-qüvvətli, adamı yüksək vəzifədə oturan dostu-tanışı var qanunlarımıza xətt çəkməli, kiminsə yoxdu ölməlidi? Özünə şərait qurmayıb həyatını yaşamamalıdı.
Odur ki, haqqlı olduğum şəkildə mənə əsassız şəkildə təziqlər göstərən halal-hümmət, torpağıma göz tikən və evimin tikilməsində mənə problemlər yaradan şəxslər kimdisə Ağstafa rayon Icra Hakimiyyəti və nümayəndəliyi adiyyatı üzrə bələdiyyə, hüquq-mühafizə orqanları tərəfindən araşdırılaraq köməklik göstərilməsini və mövcud problemimin aradan qaldırılmasını xahiş edirəm.
Aygün Əyyubova
Paralel.az