Ramin Bayramlının yeyinti hallarına yol verməsi ilə bağlı yeni faktlar

Ramin Bayramlının yeyinti hallarına yol verməsi ilə bağlı yeni faktlar
 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının yeyinti hallarına yol verməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

 

Əldə etdiyimiz məlumata görə, R.Bayramlı bu əməllərini daha çox “SPEKTR MED” adlı MMC vasitəsilə həyata keçirib. O, TƏBİB-ə sədr təyin edildikdən sonra “SPEKTR MED” (VÖEN-i 2001534811) adlı MMC-ni satın alaraq, oraya özünün yaxın adamı - Hikmət adlı şəxsi direktor təyin edib.

Pandemiya dövründən faydalanan R.Bayramlı dövlətin COVID-19-la effektiv mübarizə aparılmasından ötrü xəstəxanaların laboratoriya təchizatının yaxşılaşdırılması üçün təşəbbüsündən istifadə edərək “səmərəli fəaliyyət”ə başlayıb.Belə ki, R.Bayramlı laboratoriya cihazları və reaktiv-reagent istehsal edən məşhur şirkətlərin (Onların bəzilərinin adı bizə məlumdur: “Sysmex Corporation”, “QIAGEN”, “Roche” və s.-dir – red.) xarici nümayəndələri ilə şəxsən görüşərək, onlardan “SPEKTR Med”ə eksklüziv partnyor səlahiyyətinin verilməsini istəyib. 

R.Bayramlı həmin şirkətlər qarşısında belə bir şərt qoyub ki, onlar özlərinin Azərbaycan üzrə nümayəndəliyini digər firmalardan alaraq “SPEKTR Med”ə versinlər. Bunun qarşılığında isə bu xarici şirkətlərlə böyük məbləğdə müqavilələr bağlanılacaq, xeyli miqdarda laboratoriya cihazları və reaktiv-reagentlər alınacaq. Şirkətlər bu şərtlə razılaşmayacaqları halda onlardan dövlət heç bir mal almayacaq, ölkəyə alternativ şirkətlər dəvət ediləcək.R.Bayramlı şirkətlərin bu sövdələşmədən qaçmaması üçün onları buna da əmin edib ki, dövlət tərəfindən bu işlər TƏBİB-ə həvalə edilib, yəni bütün işlərə o baxır.

Sövdələşmə baş tutandan sonra tələbnamə üçün həmin firmaların mallarının siyahısı tutulub. Bunun əsasında TƏBİB sədri müəyyən edib ki, həmin şirkətlərdən nələri ala bilər. Bundan sonra isə R.Bayramlı pandemiya ilə mübarizə üçün Azərbaycanda kifayət qədər laboratoriya avadanlıqlarının olmadığını, bu vəziyyətdə virusla mübarizənin çətin olacağını əsas gətirərək külli miqdarda laboratoriya avadanlıqları və reaktivləri satın alıb.COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının “SPEKTR Med” şirkəti vasitəsilə həyata keçirilib.Ramin Bayramlı bəzi xəstəxanaların satınalma, anbar və laboratoriya əməkdaşlarını da birbaşa özü vəzifəyə təyin edib. O, həmin kadrları özünün inandığı şəxslərin arasından seçib. Əsas yeyinti halları bundan sonra başlayıb.R.Bayramlı “adamları”nın olduğu yerlərdə, əsasən də yeni qurulmuş laboratoriyalarda dövlət vəsaiti hesabına alınmış reaktiv-reagent, sərfiyyat mallarının bir hissəsini özünün təsis etdiyi “İnci” laboratoriyalarına göndərib.

“İnci” laboratoriyalarındakı reaktiv-reagentlərin böyük bir qismi dövlət müəssisələrində kağız üzərində “istifadə edilmiş” reagentlər olub. Pulsuz reagentlər əldə edə bilməkdən ötrü o, analiz üçün istifadə edilən reagentlərin sayını sənəddə şişirdərək yazdırıb.Məsələn, bir şəxsin analizi üçün 2 reagent lazım olduğu halda, sənəddə bu say 5 göstərilib və qalan 3 reaktiv-reagent “İnciLab”a göndərilib.Kağız üzərində sənədləşmə qüsursuz icra olunduğundan bu faktın üstü uzun müddət açılmayıb.Daha çox pul qazanmaq tamahında olan R.Bayramlı dövlətdən mənimsədiyi reaktiv-reagentləri istifadə edə bilmək üçün digər klinikalara “münasib qiymətə” koronavirusla bağlı laboratoriya xidmətinin göstərilməsi üçün əməkdaşlıq təklif edib.“İnciLab” klinikalara onların yaradacağı laboratoriyanın xərclərinin digər klinikalardan daha az olacağı, gəlirlərin isə onlardan daha çox olacağı vədini verib. Bu əməkdaşlıq sayəsində “İnci” laboratoriyaları bir neçə özəl tibb müəssisəsində “münasib qiymətə” koronavirusla bağlı laboratoriya xidməti göstərir.Hazırda “İnciLab”ın mərkəzi filialı, HP Güvən Klinik filialı, Yeni Gəncə Tibb Mərkəzi filialı, Tovuz filialı, Sumqayıt filialı, İnci Diaqnostika Mərkəzi kimi 6 filialı var. Bu filiallar barədə “İnci” laboratoriyalarının rəsmi saytında da məlumat verilir.Özünün şirkət yaratması ilə kifayətlənməyən R.Bayramlı yeyintilərin miqyasının və miqdarının artırılmasında qaynı Vüsaldan da istifadə edib. Belə ki, onun adına şirkət təsis edib. O, rayon xəstəxanalarının bir qisminə (hansına ki, özü rəhbərlər təyin edib) təsərrüfat mallarını Vüsalın rəhbəri olduğu şirkətdən almağı tapşırıb.Bu, qısa müddətdə əldə etdiyimiz məlumatlardır. Ramin Bayramlının etdiyi qanunsuzlar isə, əlbəttə ki, bununla bitmir. Onun təkcə Yeni Klinikada fantastik məbləğdə qazanc götürdüyü bildirilir.

Qeyd edək ki, Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb. Bu günlərdə başa çatan audit 2019-2020-ci illəri əhatə edib. Yoxlama İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.

 

Paralel.az

0.069017887115479