471 661 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olacaq
"Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 471 661 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olacaq".
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir Mehriban Vəliyeva bildirib.
O qeyd edib ki, son statistikaya görə Bakı üzrə 90 faizə yaxın vaksinasiyadan keçən təhsil işçiləri var.
İdarə müdiri əlavə edib ki, yeni tədris ilə əlaqədar məktəblərdə sanitar-epidemioloji tədbirlər gücləndirilib.
Paralel.az