Öz qabını çatladanlar...

Öz qabını çatladanlar...
 

Ermənistan hakimiyyətindən müxtəlif səpkili narazılıq səngimir. Bu dəfə sərhədyanı kəndlərlə bağlı problemi həll etməkdə aciz qalan hökumət nümayəndələri vəziyyətdən hansısa bir çıxış yolu tapa bilmirlər. “Sirkə nə qədər tünd olsa da, öz qabnı çatladar” deyiminin bariz nümunəsini yaşayan erməni rəsmiləri vurnuxma içindədirlər. Belə ki, Gegamasar icmasının sakinləri icmaların çoxalmasına etiraz olaraq, bu gün Sotk-Vardenis avtomobil yolunu bağlayıblar. Onlara məlum olub ki, hakimiyyət icmanı genişləndirməyi planlaşdırır. İcmaya18 kənd daxil olsa da, onu Vardenis şəhərinə birləşdirmək istəyirlər. Gegamasar rəhbəri Akop Avetyan isə bu məsələyə narazılığını bildirərək, hakimiyyətin sərhəd kəndlərini genişləndirməklə insanların ordan getmək planını açıqlayıb. Etirazçılar problemlərinin həllini və ərazi idarəetmə naziri ilə görüş tələb ediblər. Avetyan deyib ki, nazir Gnel Sanosyan onu həbslə hədələyib. O bu qərarın səbəbinin nə olduğuna heç kimin cavab vermədiyini deyib: “Eynilə Sünikdəki kimi, qan tökmək istəyirlər. Məqsəd hər kəsi həbs etməkdirsə, o zaman biz sərhəddən çıxıb gedərik”. Onun sözlərinə görə, Gegamasar icmasına daxil olan 18 kəndin hamısı həmsərhəddir: “Ölkənin sərhədlərini qoruyan onlardır və buna görə də orada yaşayan insanların fikirlərini nəzərə almamaq əxlaqsızlıqdır. Biz bu münasibətdən narazıyıq. Sakinlərin fikirlərini heç kim nəzərə almır. Yolu bağlamaq idarəyə çatmağın yeganə vasitəsidir”...

Beləliklə, daim dağıdıcılığı, talançılığı, vandallığı, terrorçuluğu, hərbi-siyasi cinayətkarlığı həyati məqsəd və amalı seçən rəsmi hakimiyyət indi öz “əkdiyini biçmək” məcburiyyətindədir. Bu “məhsulun bəhrəsi”nin başqasına deyil, məhz özünə nəsib olacağını da onilliklər uzunu talamaqdan açılmayan başıyla hesablaması gərəkirdi.

Nigar

0.013007879257202