Yol hərəkəti qaydalarına riayət olunmur

Yol hərəkəti qaydalarına riayət olunmur
 

Paytaxtın nəqliyyat sistemində olan problemlərdən şikayət edən vətəndaşlar bu dəfə sərnişinlərdən narazılıq ediblər. Onlara görə, paytaxtın küçə və prospektlərində baş verən irili-xırdalı yol-nəqliyyat hadisələrində sürücülər qədər, piyadalar da məsuliyyət daşıyır: “Ötən gün belə xoşagəlməz hadisədən çətinliklə qurtulduq. Sərnişini olduğum avtobus hərəkətdə olarkən qəfil qarşısına bir kişi çıxdı. Bizim avtobus dayanacaqdan xeyli aralanmışdı, arxadan gələn avtobus da həmçinin. Həmin adam da arxadan gələn avtobusa minmək üçün yolumuza çıxdı. Sürücü adamı vurmamaq üçün kəskin dönüş etdi, salondakılar da müvazinəti itirərək bir-birinə qarışdı. Piyada isə dayanacaqdan kənar məsafədə olmağına baxmayaraq, o biri avtobusu dayandırdı və ona mindi...

Bu hərəkətlər vaxtaşırı olur, piyadalar harda gəldi, avtobusu dayandıraraq ondan istifadə edirlər. Halbuki dayanacaqdan kənar yerlərdə, hərəkətin sürətli hissəsində nəqliyyat vasitəsini qəfildən dayandırmaq yol hərəkəti qaydalarına və təhlükəsizliyə ziddir. Bu barədə əlaqədar qurumlar hansısa formada tədbir görsə, xoşagəlməz hadisələr də bəlkə azalar”.

Nigar

0.023364067077637