Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı  səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb

Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı  səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb
 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi görüşlə bağlı tviter səhifəsində paylaşım edib.

Görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.

Qeyd edək ki, H.Hacıyev sentyabrın 13-də də İran Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.

Paralel.az

0.14214396476746