Amerikanın Ermənistana Görus-Qafan yolu qayğısı

Amerikanın Ermənistana Görus-Qafan yolu qayğısı
 

Linn Treysi: "Biz "Dağlıq Qarabağ"ın statusu məsələsinin həll edildiyini düşünmürük"

44 ünlük Vətən Müharibəsindən sonra ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrdən ABŞ və Fransa rəsmiləri müxtəlif vaxtlarda eyni tonla "Dağlıq Qarabağ"a status verilməsi ilə bağlı fikirlər səsləndiriblər. Bu iki ölkədən fərqli olaraq, Rusiya bunu tələb şəklində səsləndirmir, bəzən isə dolayısı yolla, diplomatik tərzdə məsələyə eham vurur. Azərbaycan prezidenti isə qəti şəkildə bəyan edir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, orada ermənilərlə yanaşı azərbaycanlıların da yaşamaq hüququ var və ermənilər Qarabağda yalnız Azərbaycan vətəndaşı kimi yaşaya bilər.

Paralel.az erməni mediasına istinadən xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi mətbuata açıqlamasında deyib: "Biz "Dağlıq Qarabağ"ın statusu məsələsinin həll edildiyini düşünmürük. Hesab edirik ki, bu məsələ tərəflər arasında hərtərəfli həll edilməlidir. Gorus-Qafan yolunda gördüklərimiz çox mühüm məsələdir. Bu, həmin məqamdır ki, noyabr ayında əldə edilmiş atəşkəs razılaşmasından bu yana dəfələrlə yada salmışıq".

Vaşinqtonun Qarabağla bağlı mövqei yuxarıda qeyd etdiyimiz kimi, bəllidir, amma bununla yanaşı ABŞ Görus-Qafan yolu ilə bağlı qayğıları da varmış. Səndemə, ABŞ-dan olan həmsədrin təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında gedən müzakirələr zamanı Görus-Qafan yolunun Azərbaycandan keçən hissəsinin ermənilər tərəfindən daha rahat istifadə edilməsi üçün mexanizmlər axtarılırmış. Məsələ azı 8-10 dəfə müzakirə edilib. Lakin Azərbaycan bu yol üzərində öz nəzarətini tam bərpa edənə qədər həmsədrlər ağılabat bir mexanizm tapa bilməyiblər. Məhz ABŞ-ın Ermənistandakı fövqaladə və səlahiyyətli səfiri Linn Treysi son cümləsində bu məsələyə işarə vurub. Bu da demokratiyanın beşiyi olan Amerika, otuz il əraziləri işğal altında darmadağın olan zərərçəkmişin deyil, işğalçıya xüsusi qayğı göstərir.

Akif Nəsirli

0.049592971801758