Yazıqlar olsun!

Yazıqlar olsun!
 
Xalqın vəziyyətindən bixəbər deputat
 
Benzinin qiymət artımı onsuz da agır maddi durumda olan insanları daha da çıxılmaz vəziyyətə saldı. 15 sentyabr tarixində təkcə benzinin qiyməti qalxmadı. Həm də, demək olar ki, çörək də daxil bütün qida məhsullarında artım müşahidə olundu. Məmurlar, dövlət rəsmiləri, deputatlar bunu adətən «süni qiymət artımı» adlandırırlar, amma adi vətəndaşlar üçün fərq etməz , bunun adı, süni, yaxud qeyri-süni, fakt odur ki, qiymətlərdə artım var. Bəziləri isə 15 qəpik nədir ki, deyərək, xalqa rişxənd etməkdən belə çəkinmirlər.
Artıq 30 ildir ki, Milli Məclisin kreslosunu zəbt edərək, ancaq «knopka» basmaqla 2000 manat (mən ona il ərzində ödənilən əlavə pulları demirəm) maaş alan (halbu ki, onun heç bu maaşa da ehtiyacı yoxdur) Eldar Quliyev deyib:» 15 qəpiklə heç kim kasıblamaz, amma dövlətin digər xərclərini ödəmək mümkündür». Deputat dövlətin digər xərcləri dedikdə, yəqin ki, deputatların maaş artımını nəzərdə tutub. Pandemiya axı bu yazıqları da, pis günə qoyub- restoranları, barları, kafeləri və digər obyektləri agzı baglı qalıb. 
Əlqərəz, bir dövlət ki, məmurların, deputatların (mən ad çəkmirəm, çünki hamı söhbətin kimlərdən getdiyini çox gözəl bilir, «görünən daga nə bələdçi») dövlətdən, xalqdan taladıqları milyonlari, milyardları geri ala bilmir, bunu qiymət artım, xalqın 15 qəpiyi hesabına kompensasiya etməyə çalışır, yazıqlar olsun!
 Əlqərəz, o ki qaldı 15 qəpiyin dəyərinə, Eldar Quliyev yəqin ki, istifadə etdiyi 200-300 minlik avtomobilinə gündə 1litr benzin tökür və bu da ona bütün işlərini yola qoymaga çatır. Ona da yazıqlar olsun! Bu millət görün kimlərin ümidinə qalıb.
Yusif Seyid
0.026520013809204