Türkün qan yaddaşı...

Türkün qan yaddaşı...
 

Türkün tarixi yaddaşı bəlkə , elə bəşəriyyətin tarixi qədər qədimdir. Çünki istər mədəniyyətin beşiyi sayılan şumerlərin dilindəki türk sözlərinin izləri olsun, istər qədim insan məskəni olan Qobustan qayaları türkün qədər qədim bir xalq olduğundan xəbər verməkdədir.

Adı ilə, ulusu ilə seçilib, irili - xırdalı 17 imperiya yaratmış, Asiyadan Avropaya qədər ulu xaqanlığını quran ulu türk, tarixin keşməkeşli, dolambaclı yollarından aşaraq bu günə qədər varlığını sürdürür. Parçalamağa, yağmalamağa, yox etməyə çalışsalar da, lakin bacarmadılar.

Bilğəxaqanın, Kültəginin daş abidələrinə adını əbədi həkk edən, Şahnamə İrana qarşı Turan olaraq baş qaldıran, müqqəddəs hədislərdəTanrının ordusuadı ilə tanınan türk bu gün var öz var oluşu ilə hələ çoxlarının yuxusunu ərşə çəkməkdə davam edir...

Türkün göz işlədikcə gündoğandan günbatana uzanan heç bitməyəcək köçə sahibdir! Bu yolların üzərində tərəkəmə qadınlarının at üstündə ərləri ilə birlikdə ər meydanına girdikləri neçə - neçə vətən torpağı uğrunda axıtdıqları qanlar, qazandıqları yurd yeri var. Bayraqlarını taxdıqları sancaqlarda ucalan Allahu- əkbər sədaları hələ düşmənin qulağında cingildəyir. Müqəddəs hədislərimizdə yazılan bu kəlmələrdə açılması gərəkən çox sirllər gizlənməkdədir. Bunlardan bir çoxu aşkar ifadə olsa da, bəziləri gizli məqamlarla doludur. Amma bu deyilən kəlmədə bir həqiqət danilmazdır. İlahinin mərhəməti İlahinin ədaləti türk bayrağının sancıldığı hər yerdə, hər zaman özünü göstərib.

Tarixə nəzər salsaq görərik ki, ərəb xilafətinin Abbasilər dönəmində artıq öz çöküş dönəmini yaşamağa başlayan Xilafətin yenidən parlamasına səbəb məhz Səlcuq Sağrı bəyin Abbasi Xilafətinə dəstək verməsi olub. Bunun ardınca, Teymurilər, Hülakülər, Səfəvilər, Osmanlılar kimi böyük türk imperatorluqları islam aləmini daha da inkişaf etdirərək, ən yüksək zirvəsinə ucaltdı. Bəzən çəkişdilər, bəzən bərkişdilər, bəzən qılınc oynadıb bir- birinə kimin daha güclü olduğunu isbat etməyə çalışdılar öz aralarında. Amma son anda birləşdilər. Bir millət olaraq bir-birinin harayına yetişdilər. Azərbaycan türkü Anadolu qardaşı ilə birgə Çanaqqala döyüşlərində şəhidliyin ən uca mərtəbəsinə qalxdı. Bu həmin o zaman idi ki, türkün yenidən silkələnib özünə dönməyinin vaxtı yetişmişdi. Bir olmağın, özünə dönməyin məqamı yetişmişdi. Tanrı Ənvər Paşa kimi alp ərən yollamışdı türk ulusuna. Anadoludan Azərbaycana Ənvər Paşa başda qardaşı Nuru Paşa olmaqla türk mehmetciklərini yardıma göndərdi. Bu dəfə türk soyuİslam Türk Ordusuadı altında birləşəcəkdi. Tanrı əmanəti olan türk torpaqlarına susamış ingilislərə, ruslara, ermənilərə qarşı birgə vuruşacaqdı türk oğulları.

Qanlı-qadalı o günlərdə İslam Ordusu bunu bacardı. Türk qardaşının harayına yetişdi. Minlərcə şəhid verdi, sınaqdan keçdi...

O günlərdə, ən çətin, ən ağır günlərimizdə birləşməyi, bir olmağı bacarmışıq. Zaman- zaman parçalasalar da, ayırsalar da, tarixın ən çətin anlarında bir-bimizin yanında olmuşuq. Bu gün birgəyik, zamanı gəldikcə bacardığımız kimi. Bilgə xaqan kimi, Çingiz xan kimi, Şah Xətai kimi, Ənvər Paşa kimi, Atatürk kimi!

bu sərkərdələrin hər birinin yalnız bir arzusu vardı -Turan qurmaq. Bəzən qismən, bəzən tam qurmağı bacardılar. Bir dəfə bacaran yenə bacarar. Sözümü ulu türk hökmüdari Bilgə xaqan abidəsi üzərində tapılan bu yazı ilə bitirmək istəyirəm: «Ey türk oğuz bəyləri! Türk xalqı eşidin! Üstən mavi göy çökmədikcə, altdan qara torpaq dəlinmədikcə, bil ki, türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümiklərinə layiq ol! Ey ölümsüz türk ulusu özünə dön

 

 

0.019556045532227