Yaddaş pozgunlugu
Rus senator sərsəmlədi yaxud, gürzəyə zəhər verənlər
Paralel.az xəbər verir ki, bir müddət əvvəl Amerikanın Ermənistandakı səfiri Qarabaga status məsələsini dilə gətirdi və ermənilərin rəgbətini qazanmaga cəhd etdi. Amma yadından çıxardı ki, o, Ermənistanda Azərbaycanı yox, Amerikanı təmsil edir. Azərbaycan prezidenti isə dəfələrlə bəyan edib ki, status söhbəti bitdi və nöqtə. Bu günlərdə isə rusiyalı senator Andrey Klimov Rusiya dövləti adından ermənilərə söz verib ki, Rusiya Ermənistan sərhədlərini öz sərhədləri kimi qoruyacaq, çünki hər iki dövlət Kollektiv Təhlükəsizlik Şurasının üzvləridir. Bu ermənipərəst senator da yaddan çıxarır ki, Qarabag artıq Ermənistandan çox uzaqdadır, ona əli çatmaz. Amma özünün düşmənçilik siyasətindən əl çəkməsə, Rusiya ona heç bir kömək edə bilməyəcək. Bu gün Ermənistanın nicatı da, gələcəyi də Amerika və Rusiyadan deyil, Azərbaycan və Türkiyədən asılıdır. Agıllı olun haylar, agıllı olun!