Türkiyə beşulduzlu lüks turist qatarına start verəcək
Paralel.az xəbər verir ki, Türkiyədə “beşulduzlu” Kapadokiya ekspress qatarının ilk hərəkəti 2022-ci ilin fevral ayında baş tutacaq. Xəbərə görə, ilk özəl turist qatarı səyahət üçün ən azı beş min avro xərcləməyə hazır olan turistlər üçün nəzərdə tutulub. Onun beşulduzlu otel standartlarına cavab verəcəyi deyilir. 12 vaqonda çarpayı, duş və tualet olan ikiqat kupe, daha iki avtomobildə isə lüks restoranlar yerləşəcək. Qatarın Ankara və İstanbuldan Kapadokiyaya gedəcəyi və 294 turistin rahat səyahət edəcəyi də qeyd edilr. Bu məqsədlə operator şirkəti il ərzində ən azı 200 min sərnişin daşımaq niyyətindədir. Məlumatda qeyd edilir ki, Türkiyə dəmir yolu turizmini fəal şəkildə inkişaf etdirməyi planlaşdırır. Qarşıdakı səkkiz ildə İstanbul və Ankaradan Şərqi Anadolu, Mesopotomiya, Qara dəniz bölgəsinə (Karadeniz) və Egey sahillərinə lüks turist qatarlarının buraxılması da nəzərdə tutulub.
Niga