Avropa İttifaqından çağırış: “Danışıq mühiti yaratmaq üçün sərhəddəki gərginliyi azaltmaq çox vacibdir”

Avropa İttifaqından çağırış: “Danışıq mühiti yaratmaq üçün sərhəddəki gərginliyi azaltmaq çox vacibdir”
 

Paralel.az xəbər verir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına kömək etməyə hazır olduğunu bəyan edib. Avropa İttifaqının Gürcüstan və Cənubi Qafqaz böhranları üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerasxda olub. Bu barədə Klaar özü “Twitter” səhifəsində məlumat yayıb. O, bir neçə vacib görüş keçirdiyini vurğulayıb: “Yerasx səfəri Ermənistan və Azərbaycanın hərbi mövqelərinin bir-birinə nə qədər yaxın olduğu barədə təsəvvür yaradır. Danışıq mühiti yaratmaq üçün sərhəddəki gərginliyi azaltmaq çox vacibdir. Avropa Birliyi bu mövzuda dəstək verməyə hazırdır”.

Nigar

0.03441596031189